Türkiyənin milli müdafiə naziri Kərim Vəliyevi qəbul edib

Türkiyənin milli müdafiə naziri ordu generalı Yaşar Gülər qardaş ölkədə rəsmi səfərdə olan müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevi qəbul edib.
Yenixeber.org: Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib. Müzakirələrdə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Metin Gürak da iştirak edib. Qeyd edək ki, K.Vəliyev Türkiyədə səfərdədir.