Polşalı nazir Belarus haqqında sərt danışdı:Avropadan kəsib ata bilərik
"Polşa və Baltikyanı ölkələrin hakimiyyət orqanları sərhəddə kritik insidentlər baş verəcəyi təqdirdə Belarusu Aİ-dən tamamilə "kəsməyə" hazırdır".
Yenixeber.org: Bunu Polşanın daxili işlər naziri Mariuş Kaminski bildirib.
“Polşa, Latviya və ya Litvanın Belarusla sərhədində hər hansı təxribat rejim üçün geniş nəticələrə gətirib çıxaracaq”, - o qeyd edib.
Kaminskinin sözlərinə görə, Belarusun Aİ ölkələrindən hər hansı biri ilə sərhədində təxribat və ya kritik insident baş verərsə, bu ərazidəki bütün sərhəd keçid məntəqələri bağlanacaq.
“Hələ də fəaliyyət göstərənlər - avtomobil, dəmir yolu, sərnişin, yük daşınması. Hamısı bağlanacaq. Biz Belarusu Avropadan tamamilə kəsəcəyik”, - Kaminski əlavə edib.
Nazir onu da qeyd edib ki, bundan əvvəl Polşa və Baltikyanı ölkələr Belarusdan "Vaqner" muzdlularının ölkədən çıxmasına köməklik göstərməyi və sərhəddə miqrasiya böhranını həll etməyi xahiş ediblər.