Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Polşalı nazir Belarus haqqında sərt danışdı:Avropadan kəsib ata bilərik

Belarusu Avropadan kəsib ata bilərik - Polşalı nazir

"Polşa və Baltikyanı ölkələrin hakimiyyət orqanları sərhəddə kritik insidentlər baş verəcəyi təqdirdə Belarusu Aİ-dən tamamilə "kəsməyə" hazırdır".

Yenixeber.org: Bunu Polşanın daxili işlər naziri Mariuş Kaminski bildirib. 

“Polşa, Latviya və ya Litvanın Belarusla sərhədində hər hansı təxribat rejim üçün geniş nəticələrə gətirib çıxaracaq”, - o qeyd edib.

Kaminskinin sözlərinə görə, Belarusun Aİ ölkələrindən hər hansı biri ilə sərhədində təxribat və ya kritik insident baş verərsə, bu ərazidəki bütün sərhəd keçid məntəqələri bağlanacaq.

“Hələ də fəaliyyət göstərənlər - avtomobil, dəmir yolu, sərnişin, yük daşınması. Hamısı bağlanacaq. Biz Belarusu Avropadan tamamilə kəsəcəyik”, - Kaminski əlavə edib.

Nazir onu da qeyd edib ki, bundan əvvəl Polşa və Baltikyanı ölkələr Belarusdan "Vaqner" muzdlularının ölkədən çıxmasına köməklik göstərməyi və sərhəddə miqrasiya böhranını həll etməyi xahiş ediblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam