BMT-nin Baş katibi yaxın gələcəkdə Ukraynada sülhün bərqərar olmasına inanmır:"Əksinə inanıram desəm yalan olar”
Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş Ukraynada yaxın gələcəkdə sülhün mümkün görünmədiyini bildirib.
Yenixeber.org: Quterreş bu haqda BMT-nin Nyu-Yorkdakı binasında jurnalistlərə açıqlama verən zaman danışıb.
“Ümid heç vaxt bitmir, lakin yaxın gələcəkdə Ukraynada sülhün bərqərar olması mümkün görünmür. Əksinə inanıram desəm yalan olar”, - Quterreş qeyd edib.
Bu səbəbdən də BMT-nin Baş katibi Ukraynadakı müharibənin mənfi təsirlərinin azaldılmasının vacib olduğunu bəyan edib.