Avqustun 30-u saat 22:35 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
Yenixeber.org: Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
"Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb", - məlumatda qeyd edilib.