Yenixeber.org: Dünyaya Qarabağ ermənilərinin "acından öldüklərini" car çəkən separatçılar təmtəraqlı toy və şənliklərindən geri qalmır, öz dezinformasiyalarını ifşa edirlər.
Bu gün isə məlum olub ki, ərzaq və digər ləvazimatlar "tapa bilmirik" deyən Xankəndidəki hərbi canilər məktəblilər üçün kütləvi forma tikintisinə başlayıblar.
Erməni jurnalist Nairi Xoxikyan bununla bağlı yazıb ki, “Qarabağda məktəbli çantaları və formalar tikilir ki, uşaqlar onları sentyabrda ala bilsinlər. Qarabağ məktəblərinin (Ermənilər yaşayan əraziləri nəzərdə tutur-red.) indiki şərtlər altında fəaliyyət göstərib-göstərməyəcəyi hələ aydın deyil. Lakin ordu cəbhə xəttində "müdafiəni" dayandırmadığı kimi təhsil də dayanmamalıdır. Bütün müharibələri müəllimlər ya qazanır, ya da uduzur".
Qeyd edək ki, məktəbli formaları və çantalarında separatçıların "Artsax" adlandırdıqları qondarma rejimin emblem və ya digər işarələri əks olunub.
Separatçıların təxribatı davam edir -FOTOFAKT

Xankəndidəki separatçılar təxribatçı addımlarını davam etdirirlər.