Yenixeber.org: Bildirilib ki, 2023-cü ilin birinci yarısında Rusiya Hindistana 750 min dekalitr araq tədarük edib. Hindistan, 2023-cü ilin iki ayında (may-iyun) Rusiya Federasiyasına 130.000 dekalitr cin tədarük edib.
Qeyd edək ki, Azərbaycanın Rusiyaya alkoqollu içkilərin ixracı həm miqdar ifadəsində həm də dəyər ifadəsində kəskin artıb. Belə ki, 2023-cü ilin birinci yarısında Azərbaycandan Rusiyaya ümumilikdə 6 milyon 342 min dollar dəyərində alkoqollu içkilər ixrac edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,5 dəfə çoxdur.
Bu ilin 6 ayında ümumilikdə ölkəmizdən 247,3 min dekalitr həcmində alkoqollu içkilər Rusiyaya göndərilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 dəfə çoxdur
Hindistanda araq içənlərlərin sayı artır
Hindistanın Ticarət və Sənaye Nazirliyi Rusiyadan araq idxalının 3,6 dəfə artması fonunda Rusiya bazarına yerli cin ixracına başlandığını elan edib.