Redaktor seçimi
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Adı nurçularla hallanan “Aral Group” şirkətindən şikayət var:
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Günün xəbəri

Polşada son on ilin ən böyük hərbi paradı keçiriləcək

 
Belarusla sərhəddə gərginlik fonunda Polşa son onilliklərin ən böyük hərbi paradına ev sahibliyi edəcək.
Yenixeber.org: Bu barədə CNN məlumat yayıb. Qeyd olunub ki, Polşa Ordusu Gününə həsr olunmuş paradda 200 hərbi texnika, 92 təyyarə və 2000 hərbçi iştirak edəcək. Onların arasında “M1A1” Abrams tankları, “HIMARS reaktiv” yaylım atəşi sistemləri, “Krab” özüyeriyən haubitsaları, “Patriot” batareyaları var.
Nəşr bildirib ki, Polşa son illər sənayenin inkişafına milyardlarla sərmayə yatıraraq Avropanın aparıcı hərbi güclərindən birinə çevrilib.
Britaniyanın “RUSI” təhlükəsizlik analitik mərkəzinin tədqiqatçısı Edvard Arnold deyib: “Opponentlər bu paradları güc nümayişi kimi görürlər, ona görə də Polşa onlara güc nümayişi ilə cavab verəcək”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam