Ukraynanın bir tərəfi əylənir, digər tərəfi isə...FOTOLAR
Kiyevin ən məşhur və dəbli çimərlik barlarından biri olan "Kyiv Beach Club"da insanlar müharibənin davam etməsinə baxmayaraq normal həyatdan həzz alırlar.
Yenixeber.org:Bu çimərlik barı Ukrayna paytaxtının məşhur rayonu olan Desenka çayının kənarında yerləşir, yerli əhalinin və turistlərin məşhur məkanıdır. Çayın o biri tərəfində, Park körpüsünün üstündən bir çox rus raketlərinin düşdüyü yerdir - lakin bu, yerli sakinləri heç də narahat etmir.
Bölgədə müharibənin getdiyi bir vaxtda belə bir görüntünün ortaya çıxması mübahisələrə səbəb olub.