Redaktor seçimi
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
Günün xəbəri

Körpələrin ölümünə görə cinayət işi açıldı -İki həkimə qarşı ittiham

 

Ağdaş Rayon Mərkəzi Xəstəxanasının Ginekologiya və doğum şöbəsində ötən il dekabrın 12-də Gülşən Bağıyevanın ölü uşaq dünyaya gətirməsi, bir neçə gün sonra, yəni dekabrın 25-də isə Əfsanə Hacıyevanın dünyaya gətirdiyi uşağın ölməsi faktları üzrə Ağdaş Rayon Prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb. 

Yenixeber.org: Bu barədə Baş Prokurorluqdan məlumat verilib. 

İstintaqla həkim mama-ginekoloq Ziyafət Rüstamova və həkim neonatoloq Rahilə Xəlilovanın Əfsanə Hacıyevaya, həkim Ziyafət Rüstamovanın isə Gülşən Bağıyevaya göstərdiyi qüsurlu tibbi xidmət səbəbindən yeni doğulmuş uşaqların ölməsinə əsaslı şübhələr müəyyən edilib. 

Toplanmış sübutlar əsasında hər iki şəxsə Cinayət Məcəlləsinin 314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsilə ittiham elan edilməklə cinayət işi baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam