Hikmət Hacıyevdən Simonyana cavab:Buna son qoyulmalıdır!
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan parlamentinin sədri Alen Simonyana cavab verib.
Yenixeber.org: H.Hacıyev bu barədə "Twitter" hesabında yazıb.
“Ermənistanın siyasi rəhbərliyi sözlə oynamaq əvəzinə, Laçın yolu ətrafında beynəlxalq ictimaiyyəti aldatmağa yönəlmiş manipulyasiya, dezinformasiya və yanlış məlumatlandırma oyunlarına, təbliğat kampaniyasına son qoymalıdır! Ağdam-Xankəndi yolu açıq və işləkdir!”, - Prezidentin köməkçisi Simonyana cavabında deyib.