Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Günün xəbəri

"Priqojinə qarşı cinayət işinə xitam veriləcək" -O, Belarusa köçəcək

       
          "Priqojina qarşı cinayət işinə xitam veriləcək, o, Belarusa gedəcək".

Yenixeber.org: Bunu Putinin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, "Vaqner" döyüşçüləri cinayət məsuliyyətinə cəlb edilməyəcək.

Mətbuat katibi qeyd edib ki, vəziyyət itkisiz həll olunub.

Xatırladaq ki, "Vaqner" Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin Rusiya hərbçilərinin “Vaqner” muzdlu hərbi təşkilatının arxa düşərgələrinə raket zərbələri endirdiyini, bir çox döyüşçünün öldüyünü açıqlayıb: "Bu vəhşiliyə necə cavab verəcəyimizə qərar verəcəyik. Növbəti addım bizimdir".

Bundan sonra Rusiya Federal Təhlükəsizlik Xidməti Yevgeni Priqojinə qarşı silahlı üsyana təhrik faktı üzrə cinayət işi açılıb. Rusiya Federasiyasının Baş Prokurorluğu bildirib ki, Priqojinin əməllərinə lazımi hüquqi qiymət veriləcək. Müdafiə Nazirliyi isə “Vaqner”in arxa düşərgələrinə zərbə endirilməsi ilə bağlı iddiaları yalan məlumat adlandırıb. Nazirlik eyni zamanda “Vaqner” döyüşçülərinə müraciət edib, silahı yerə qoymağa çağırıb.

Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində mövcud hadisələri xəyanət kimi qiymətləndirib. O deyib ki, bütün zəruri tədbirlər görüləcək.

Daha sonra Belarus Prezidenti Aleksandr Lukaşenkonun Priqojinlə danışıqlar apardığı barədə məlumat yayılıb.

Məlumatı Belarus Prezidentinin mətbuat xidməti də təsdiqləyib. Bildirilir ki, vəziyyətin həlli üçün “Vaqner” qırıcıları üçün təhlükəsizlik zəmanəti ilə sərfəli və məqbul variant hazırlanıb.

Qeyd olunur ki, Lukaşenko ilə Priqojin arasında danışıqlar günboyu davam edib.

“Vaqner” Xüsusi Hərbi Şirkətin başçısı Yevgeni Priqojin Belarus Prezidenti Aleksandr Lukaşenkonun hərbi hərəkətləri dayandırmaq və gərginliyi azaltmaqla bağlı təklifini qəbul edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam