Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

"Vaqner"in kalonu Moskva vilayətinə daxil olub

 
"Vaqner"in kalonu Barabanovo şəhərindən keçərək Moskva vilayətinə daxil olub. Onlar Moskvadan cəmi 2 saatlıq məsafədədir.
Yenixeber.org:  Xatırladaq ki, “Vaqner” Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin Rusiya hərbçilərinin “Vaqner” muzdlu hərbi təşkilatının arxa düşərgələrinə raket zərbələri endirdiyini, bir çox döyüşçünün öldüyünü açıqlayıb: "Bu vəhşiliyə necə cavab verəcəyimizə qərar verəcəyik. Növbəti addım bizimdir".
Bundan sonra Rusiya Federal Təhlükəsizlik Xidməti Yevgeni Priqojinə qarşı silahlı üsyana təhrik faktı üzrə cinayət işi açıb. Rusiya Federasiyasının Baş Prokurorluğu bildirib ki, Priqojinin əməllərinə lazımi hüquqi qiymət veriləcək. Müdafiə Nazirliyi isə “Vaqner”in arxa düşərgələrinə zərbə endirilməsi ilə bağlı iddiaları yalan məlumat adlandırıb. Nazirlik eyni zamanda “Vaqner” döyüşçülərinə müraciət edib, silahı yerə qoymağa çağırıb.
Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində mövcud hadisələri xəyanət kimi qiymətləndirib. O deyib ki, bütün zəruri tədbirlər görüləcək.
Yevgeni Priqojin isə silahları yerə qoyub təslim olmaqdan imtina edib.
“Biz döyüşmüşük və doyüşürük. "Vaqner"lər Federal Təhlükəsizlik Şurasının rəhbərinin və ya bir başqasının tələbi ilə təslim olmaq fikrində deyil. Biz Putinə və "FSB"-yə itaət etməyəcəyik. Biz vətənpərvərlərik, bizə qarşı olanlar isə zibilin ətrafına toplaşanlardır. Putin bizi xəyanətdə ittiham etməkdə yanılır. Vaqner bu ölkənin korrupsiya və bürokratiya içində yaşamasını istəmir” - Priqojin bildirib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam