Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Keçmiş təhsil naziri həbs edildi -SƏBƏB

Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi cümə günü respublikanın keçmiş təhsil naziri (2012-2016) Armen Aşotyanın iki aylıq həbsi barədə qərar qəbul edib.

Yenixeber.org: Bu barədə jurnalistlərə onun vəkili Tiqran Atanesyan məlumat verib.

“Nikol Paşinyanın tələbi ilə məhkəmə Armen Aşotyanı iki ay müddətinə həbs edib. Təbii ki, başqa heç nə gözləmirdik. Maraqlıdır ki, o, nazir olması və tibb xidməti polkovnik-leytenantı olmasına baxmayaraq, hakimin qərarı ilə Nubaraşen Cəzaçəkmə Müəssisəsinə (orada cinayət işləri üzrə cəza çəkirlər) köçürüləcək”, - deyə vəkil bildirib.

Aşotyan qəyyumlar şurasının rəhbəri olduğu Yerevan Tibb Universitetində xüsusilə böyük miqyasda mənimsəmə cinayətində ittiham olunur. Aşotyan dəfələrlə onun barəsində işin siyasi fəaliyyətinə görə başlandığını bildirib. Ermənistan Respublika Partiyasında isə təşkilata rəhbərlik edən keçmiş prezident Serj Sarkisyanın müavinidir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam