Ər və arvad qətlə yetirildi -Daşkəsəndə
Daşkəsəndə qətl törədilib.
Yenixeber.org: Bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat yayıb.
Daşkəsən Rayon Polis Şöbəsinə rayonun Mədənçilər qəsəbəsindəki evlərdən birində 2 nəfərin meyitinin aşkarlanması ilə bağlı məlumat daxil olub. Rayon Polis Şöbəsinin və Rayon Prokurorluğunun əməkdaşları dərhal hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.
İlkin araşdırmalar zamanı rayon sakinləri 1937-ci il təvəllüdlü Məhərrəm Məmmədov və onun həyat yoldaşı 1946-cı il təvəllüdlü Pəri Məmmədovun küt alətlə qətlə yetirilmələri məlum olub.
Hazırda cinayəti törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.