Redaktor seçimi
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Günün xəbəri

Nəcməddin Sadıqov fövqəladə hallar nazirinin müavini göndərilə bilər

 

Son bir neçə gündə Müdafiə Nazirliyində 9 ballıq zəlzələ effekti ilə müqayisə oluna biləcək "kadr islahatları" cəmiyyətin diqqətini haqlı olaraq bu quruma yönəldib.

 
"Xeberinfo.com":   Bəzi təhlilçilər baş verənlərin sonrakı inkişafı barədə ehtimallar və proqnozlar irəli sürməyə başlayıblar və əsas iddialar Səfər Əbiyev dönəmindən miras qalmış problem - illər ərzində Müdafiə Nazirliyndə nazirlə baş qərargah rəisi arasında yaşanan açıq - gizli intriqanın artıq idarəolunmaz hala gəlməsi ətrafındadır. Artıq necə deyərlər, cidanı çuvalda gizlətmək mümkünsüz hala gəlib və bəzi ehtimallara görə bu dəfə nazir Zakir Həsənov vəziyyətin hər an nəzarətdən çıxa biləcəyi barədə Ali Baş Komanadana məruzə edib xeyir - dua aldıqdan sonra nazirlikdə obrazlı desək, "Barbarossa planı", yəni ildırımsürəli təmizləmə əməliyyatını işə salıb. 
Nazirlikdə baş verənlərlə bağlı bəzi iddialara görə istefalar və "budama" əməliyyatının miqyası rəsmi açıqlamalardan dəfələrlə artıqdır və belə demək mümkünsə daş daş üstə qalmayıb. Ehtimal edilir ki, Zakir Həsənov bütün həlledici strukturlarda öz adamlarını yerləşdirməyə başlayıb və ordu daxilində baş verənlərdən məlumatlı olan peşəkarlar bütün bu gəlişmələrin əslində müdafiə qüdrətimizin artırılmasına, dövlət və milli təhlükəsizliyimizin qorunmasına xidmət etdiyini vurğulayır, hətta bu qərarın xeyli gecikdiyini iddia edirlər. 
Daha bir ehtimalsa nazirinin birinci müavini və silahlı qüvvələrin baş qərargah rəisi Nəcməddin Sadıqovun ümumiyyətlə vəzifəsindən azad edilərək Fövqəladə Hallar Nazirliyində nazir müavini postuna göndərilməsi barədədir. Təbii ki, əgər nazirlə birinci müavini arasındakı ziddiyyətlər kəskinləşsə, Ali Baş Komandanın ikincini digər güc strukturlarından birində yerləşdirməklə münaqişəni qismən də olsa izolyasiya etməkdən başqa yolu qalmayacaq. 
Hadisələrin inkişafını gözləyək və ehtimal etmək oar ki, tezliklə nazirlikdəki yeni şəkilləndirmə bir çox sualara cavab tapmağa kömək edəcək... 
Moderator.az

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam