Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Nəcməddin Sadıqovu Nizami Osmanov əvəzləyəcək?

 


Müdafiə Nazirliyində 4 günlük aprel müharibəsindən sonra dəyərləndirmə aparılıb. Həmin dəyərləndirmədən sonra qərara alınıb ki, nazirliyin Baş Qərargah rəisi Nəcməddin Sadıqovun fəaliyyəti qənaətbəxş deyil.

Xeberinfo.com:   Bu barədə JAM.AZ-a hərbi mənbələrdən məlumat verilib. 
Məlumatda deyilir ki, Baş Qərargah rəisi olaraq Nəcməddin Sadıqovun yerinə «Osman Paşa» ləqəbi ilə tanınan general Nizami Osmanov gətiriləcək. Buna səbəb Nizami Osmanovun həm döyüş bölgəsini mükəmməl səviyyədə tanıması, həm döyüş təcrübəsinin həddindən artıq çox olması, həm də daha bacarıqlı olması göstərilir. 
Məlumat verən mənbə bildirir ki, Nəcməddin Sadıqovun müharibə dövründə taktiki səhvləri də olub. Belə ki, onun müdafiə naziri Zakir Həsənovla birlikdə döyüş bölgəsinə getməsi, paralel olaraq cəbhə xəttində görünməsi müharibə qaydalarına ziddir. Müşahidəçilərin qənaətinə görə, əgər müdafiə naziri döyüş bölgəsinə səfər edərsə, Baş Qərargah rəisi otağında olmalıdır və ya əksinə. 
Qeyd edək ki, son günlər Müdafiə Nazirliyi Baş Qərargahının rəisi Nəcməddin Sadıqovla bağlı çeşidli informasiyalar da yayılıb. Yerli mətbuatın yaydığı məlumatlara görə, sözügedən şəxsin Rusiya ilə şübhəli əlaqələri var və indiki məqamda belə bir generalın mühüm postda əyləşməsi yolverilməzdir.
Məsələni dəqiqləşdirməyə çalışırıq. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam