Təhlükə Səfər Əbiyevə yaxınlaşır
Generallar təşviş içində
"xeberinfo.com": Kadr dəyişikliklərilə yanaşı, sözügedən sistemdə korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, nəzarət mexanizmlərinin təkmilləşdirilməsi də prosesin ana xəttində dayanacaq...
Müdafiə nazirliyinin demək olar ki, bütün strukturlarında ciddi kadr dəyişikliyinə start verilib. Kənardan belə təsəvvür yaranır ki, Zaki Həsənov Müdafiə Nazirliini söküb yenidən qurur. Baş verənlər əslində tamamilə qanunauyğundur - Səfər Əbiyevi xatırladacaq müavin və idarə rəislərinin bir-birinin ardınca “vurulacağı” şübhə doğurmurdu.
Z.Həsənovun masştablı təmizlik işlərinə başlaması mətbuatın da əsas diqqət yetirdiyi məsələlərdəndir. Hər hala illərdi ölkə KİV-i Müdafiə Nazirliyində birinci şəxs başda olmaqla ciddi kadr dəyişikliyi aparılmasının vacibliyini önə çəkirdi, bu sistemin başdan ayağa korrupsiyaya uğradığı konkret faktlarla ortaya qoyulurdu. Odur ki, hazırda müşahidə olunanlar həm də medianın gözləntisi hesab oluna bilər...
Z.Həsənovu irimiqyaslı kadr islahatları aparması aydındır ki, təkcə nazirin özünün şəxsi iradəsinə söykənmir. Burada daha böyük əlin və qüvvənin prosesə dəstək verdiyi şübhə doğurmur. Bu isə əlbəttə ki, yalnız ölkə prezidenti – Ali Baş Komandan ola bilər. Onun ordu quruculuğuna, peşəkar kadr potensialının artırılmasına olduqca ciddi önəm verdiyi gün kimi aydın məsələdir. Deməli, bu gün Müdafiə Nazirliyi strukturlarında baş verən kadr dəyişikliklərinə bilavasitə Ali Baş Komandan tərəfindən nəzarət olunur və proses hərtərəfli şəkildə dəstəklənir. Məqsəd aydındır, Müdafiə Nazirliyini kadr vitrini baxımından ideal vəziyyətə gətirib prosesi aşağılara qədər davam etdirmək.
Təyinatı birmənalı qarşılanmayan zabitlərlə bağlı tələsik qənaətlər də formalaşmamlıdır. Nəyin niyə baş verdiyini, hansı generalın niyə vəzifəyə gətirildiyi bir qədər sonra tamamilə aydınlaşacaq. Hələlik proses soyuq başla müşahidə olunmalı, hər hansı kənar müdaxilələrə, “filankəsin vəzifəyə gətirilməsi doğru qərar deyil” kimi fikirlər orta atılmamalıdır. Aydındır ki, dəyişiklik prosesində olduqca maraqlı isimlər iştirak edir, sürpriz təyinatlar müşahidə olunur. Lakin nəzərə aldıqda ki, bu dəyişikliklər qəfil qəbul olunan qərarlardan irəli gəlmir, məhz hazırlanmış xüsusi plana əsaslanır, belədə doğrudan da kənar müdaxilələr, hər təyinata ayrı-ayrılıqda münasibət bildirmək artıq hesab olunmalıdır.
Bu mövzuda söhbət etdiymiz ekspertlər də hesab edirlər ki, Z.Həsənovun başladığı islahatlar ötəri xarakterdə olmayacaq və bu proses ordunun Səfər Əbiyev tərəfindən yaradılmış obrazının tamamilə dağıdılmasına qədər davam etdiriləcək. Ekspertlərin qənaətincə, kadr dəyişikliklərilə yanaşı, sözügedən sistemdə korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, nəzarət mexanizmlərinin təkmilləşdirilməsi də prosesin ana xəttində dayanacaq. Bu gün general Mahmud Həmzəyevin məhz koppupsiya məsələlrindən dolayı həbsə alınması da elə köhnələrin əməllərinə görə cavab verməsi mərhələsinin başlanğıcı kimi qiymətləndirilir. Belə ehtimal olunur ki, Səfər Əbiyevin generallarının məhz korrupsiya faktlarına görə məsuliyyətə cəlb olunması, kadr dəyişiklikləri kimi geniş masştab alacaq. Eyni zamanda, Səfər Əbiyevin özünün də məsuliyyətə cəlb olunacağı istisna olunmamalıdır. Ekspertlər də hesab edirlər ki, generalların məsuliyyətə cəlb olunması və korrupsiya hallarının araşdırılması son nəticədə Səfər Əbiyevin özünün “məhşər ayağına” çəkilməsinə gətirib çıxara bilər. Generallardan hər hansı birinin ifadəsi kifayət edə bilər ki, sabiq nazir məsuliyyətə cəlb olunsun. Hər halda, Əbiyevin ətrafında halqa okduqca daralıb. Gedişat onun xeyrinə deyil. Güman edirik ki, indi sabiq nazirin özü də baş verənləri diqqətlə izləyir və təhlükənin yaxınlaşdığını hiss edir... Onun generallarının təşviş içində olmasın da təsəvvürlə etmək çətin deyil.