Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

QHT-lər Talibanın qadınların işləməsinə qoyulan qadağanı aradan qaldıracaqlar -Əfqanıstanda işlər bərpa ediləcək

 Hazırda bir neçə beynəlxalq qrup yardım məqsədilə Əfqanıstana qayıtdıqlarını bəyan ediblər.

Yenixeber.org” vot-tak.tv-yə istinadən məlumat verir ki, CARE, Save the Children və Beynəlxalq Xilasetmə Komitəsi (IRC) deyir ki, onlar Taliban rəsmilərindən işçilərin öz vəzifələrini yerinə yetirməsinə icazə veriləcəyinə dair zəmanət alıblar.

1996-cı ildən 2001-ci ilə qədər hakimiyyətdə olduğu ilk dövrdə tətbiq etdiyi qəddar hökmranlıqdan əl çəkəcəyini vəd etməsinə baxmayaraq, Taliban 2021-ci ilin avqustunda ölkəyə nəzarəti bərpa etdikdən sonra qadınların azadlıqlarını məhdudlaşdırmaq üçün addımlar atıb.

Ötən ay Taliban dövlət və özəl universitetləri qapılarını qadınların üzünə bağlamağı əmr etmişdi.

Bir neçə gün sonra ölkə hökmdarları bütün yerli və beynəlxalq qeyri-hökumət təşkilatlarına (QHT) qadın işçiləri işə götürməyi qadağan edib.

Save The Children "qadın işçilərin tam və təhlükəsiz qaydada işə qayıtması üçün etibarlı təminatların verildiyini"  və bəzi fəaliyyətlərini bərpa etdiyini ilk dəfə elan etdi.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam