Redaktor seçimi
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Günün xəbəri

DTX-nin xarici dövlətlərdə nümayəndələri təyin ediləcək -Fərman


Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinin təyin edilməsi və onların fəaliyyətinin təmin olunması haqqında” fərman imzalayıb.

Yenixeber.org: Fərmana əsasən, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisinə, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, beynəlxalq terrorçuluğa, transmilli mütəşəkkil cinayətkarlığa və kibercinayətkarlığa qarşı mübarizə sahəsində, habelə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (fəaliyyət istiqamətlərinə aid digər sahələrdə əməkdaşlığın səmərəliliyinin artırılması üçün mühüm əhəmiyyət kəsb edən xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda Xidmətin nümayəndələrini Xidmətin təsdiq edilmiş ştat sayı çərçivəsində təyin etmək səlahiyyəti verilib.

Müəyyən edilib ki:

- Xidmətin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinin təyin edilməsi barədə təklifləri razılaşdırılmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməzdən əvvəl Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə razılaşdırılır;

- Xidmətin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələri öz funksiyalarını təyin olunduqları Azərbaycan Respublikasının xarici dövlətlərdəki və ya beynəlxalq təşkilatlardakı diplomatik nümayəndəliklərinin tərkibində həyata keçirirlər;

- Xidmətin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinin saxlanma xərcləri (maddi-texniki, maliyyə və digər təminatları) dövlət büdcəsində Xidmət üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilir;

- Xidmətin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinə səlahiyyətlərinin icrası ilə bağlı təmsilçilik xərcləri ödənilir.

Nazirlər Kabineti:

- Xidmətin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinin diplomatik pasportla təmin olunmasına dair təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli;

- Xidmətin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinin saxlanma xərclərinin (o cümlədən təmsilçilik xərclərinin) norma və ödəniş qaydalarını iki ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli;

- bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam