Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Binəqədi RİH yanında İctimai Şuranın növbəti iclası keçirilib -FOTOLAR

23 dekabr 2022-ci il tarixində Binəqədi RİH yanında İctimai Şuranın növbəti iclası və Qeyri-Hökumət Təşkilatları ilə qarşılıqlı fəaliyyətin təşkili ilə əlaqədar tədbir keçirildi. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Aparatın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, RİH yanında İctimai Şuranın sədri Aslan Mehdiyev,  Şuranın üzvləri və rayon ərazisində fəaliyyət göstərən Qeyri-Hökumət Təşkilatlarının rəhbərləri iştirak edirdilər.

Yenixeber.org: Tədbirdə ilk öncə Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edildi.

Sonra tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova öz işinini İctimai iştirakçılıq haqqında Azərbaycan Respublikası Qanununun tələbləri əsasında quran  İctimai Şura ilə sıx əməkdaşlıq əlaqələrindən, vətəndaşların qarşılaşdığı problemlərin həllinə ictimai dəstəyin təmin edilməsi üçün zəruri işlərin aparılmasının vacibliyindən, rayon ərazisində fəaliyyət göstərən Qeyri-Hökumət Təşkilatları ilə həyata keçirilən layihələrdən  söhbət açdı.   

 Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Aslan Mehdiyev hesabat məruzəsi ilə çıxış edərək 2022-ci ilin ikinci yarımilli ərzində Şuranın fəaliyyətindən, gördüyü işlərdən, Şuranın “facebook” səhifəsinin, operativ fəaliyyət üçün şura üzvləri ilə səlahiyyətli şəxslərdən ibarət “WhatsApp” qrupunun yaradılmasından  danışaraq, İctimai Şura ilə  dövlət qurumları arasında əlaqələrin daha da möhkəmlənməsi, rayon sakinlərinin qarşılaşdıqları problemlərin həllinə ictimai dəstəyin təmin edilməsi istiqamətində görülən  zəruri işlərdən söhbət açdı.

Məruzə ətrafında çıxış edən Aparatın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev rayon ərazisində fəaliyyət göstərən Qeyri-Hökumət Təşkilatları ilə qarşılıqlı əməkdaşlığın daha da gücləndirilməsini və şurada müzakirə edilən məsələlərin əhatə dairəsinin daha da genişləndirilməsini vurğuladı.

Digər çıxış edənlər İctimai Şuranın daha aktiv və fəaliyyət istiqamətlərinə dair müzakirələr apardılar.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam