Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Günün xəbəri

Yeni sayt fəaliyyətə başlayacaq

Seymur Əhmədin baş redaktorluğu ilə 1 yanvar 2023-cü ildən Becan.az adlı yeni sayt fəaliyyətə başlayacaq.
Bu haqda Yenixeber.org-a baş redaktor özü məlumatı verib.
Şüarı "Millət! Dövlət! Elm!" olan ictimai-siyasi onlayn qəzet gündəm informasiyaları ilə yanaşı, əsasən bölgələri əhatə edəcək özəl yazılar, müəllif, araşdırma yazıları, müxtəlif sahələri təmsil edən önəmli şəxslərlə müsahibələr dərc edəcək. Klassiklərə müraciət ediləcək, atmaca tipli iradlar olacaq. 
Baş redaktor bildirdi ki, istəyimiz bir sıra özəlliklərlə media cameəsinə yenilik qatmaqdır: "Siyasi baxımdan ortaq mövqedə dayanacaq bir sayt  planlaşdırırıq. Jurnalistlərin Peşə Etikası Kodeksinə və mətbuat haqqında dövlət qanununa söykənərək, nöqsanların üstünə getməyi əsas prinsip kimi  qəbul etsək də, təqdirəlayiq işlər də saytımızda paylaşılacaq. Calışacağıq ki, ortaya, tərəfsiz, qərəzsiz, ədalətli mövqe qoymaqla, heç olmasa bölgədə oxucuların rəğbətini qazana bilək".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam