Redaktor seçimi
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Günün xəbəri

Sayt rəhbərləri, QHT nümayəndələri və ictimai fəallar İlham Əliyevə müraciət etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına,

Surəti KİV-nə,

Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, “Azərbaycan nəşriyyatında” fəaliyyət göstərən bir sıra media rəhbərləri, QHT nümayəndələri və ictiami fəallar tərəfindən.

Təşkilatçı: Subut Mehtiyev, QHT nümayəndəsi. Tel: 070-209-04-30

Müraciət

Hörmətli cənab Prezident!

Yenixeber.org: Bir daha xatırlatmaq istəyirik ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Ermənipərəst “Rusiya sülhməramlı” kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin “sülhməramlıların” ermənipərəstliyi ucbatından monitorinq baş tutmayıb. Buna görə də Şuşa ərazisində ermənipərəst “Rusiya sülhməramlılarının” nəzarətində olan yolun bir hissəsində azərbaycanlı ictimai fəalların və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə  etiraz aksiyası keçirilir. Bildiririk ki, Ermənipərəst “Rusiya sülhməramlılarının” müvəqqəti nəzarətində olan Şuşa-Xankəndi yolunda QHT nümayəndələri, ekofəallar və könüllülərin iştirakı ilə keçirilən etiraz aksiyası bir neçə gündür davam edir.Əminik ki, aksiya bizim istəklərimizin yerinə yetirilməsi ilə nəticələnəcək. 

   Sizdən xahiş edirik, aşağıda imza edən 34 nəfərdən ibarət sayt rəhbərlərinin, QHT nümayəndələrinin, ictimai fəalların etiraz aksiyalarına qoşulmalarına   şərait yaradılmasına icazə verəsiniz. Tələblərimiz yerinə yetirilənə qədər aksiyaları davam etdirməyi özümüzə borc bilirik. 

Hörmətli Media rəhbərləri bizim müraciətimizin mənsub olduğunuz mediada yayımlanmasına köməklik etməyinizi xahiş edirik.

 Müraciət edənlərin sayı çoxdur.

 



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam