Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

MN:"Kəlbəcərdə 8 nəfərin minaya düşdüyü ərazidə təmizlənmə işləri aparılır"

 

"Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində 8 nəfər minaya düşdüyü ərazidə hazırda təmizlənmə işləri aparılır".

Yenixeber.org: Bunu jurnalistlərə açıqlamasında Müdafiə Nazirliyinin mayoru Ruslan Səfərov deyib.

O bildirib ki, Kəlbəcərdəki mina partlayışı dekabrın 14-ü saat 18:00 radələrində qeydə alınıb:

"Mülki şirkətə məxsus traktorun minaya düşməsi nəticəsində əraziyə Müdafiə Nazirliyinin təxliyə qrupu cəlb edildi. Dərhal yaralılara ilkin tibbi yardım göstərildi. Xəsarət alanlar ərazidən çıxarılan zaman isə ikinci mina partlaması baş verdi. Bu zaman Müdafiə Nazirliyinin hərbi qulluqçusu şəhid oldu. Daha sonra əraziyə baxış keçirildi, yoxlamalar aparıldı. Burada təhlükəsizlik qismən təmin olundu. Araşdırmalar zamanı məlum oldu ki, ermənilərə məxsus həmin mina tank əleyhinədir. Hazırda ərazi tam bağlanılıb, giriş qadağandır. Ərazidə Müdafiə Nazirliyinin istehkam qrupu ilə yanaşı ANAMA-nın əməkdaşları da təmizləmə işləri aparır".

Xatırladaq ki, bu gün Müdafiə Nazirliyinin təşkilatçılığı ilə bir qrup media nümayəndələri Kəlbəcər rayonunundakı mina partlayışlarının baş verdiyi əraziyə səfər edib.

 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam