Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Donuz qripi Azərbaycanda da yayılacaq?

 

Donuz qripi ənənəvi qripin A variantının bir formasıdır və hər il rast gəlinən mövsümü bir xəstəlikdir. Son günlərdə Rusiyada bu qripə yoluxanların artdığı müşahidə olunur. Eyni zamanda bəzi şərq ölkələrində quş qripinə rast gəlinib.

Yenixeber.org: Bu sözləri infeksionist-hepatoloq Mərdan Əliyev deyib. Həkim qeyd edib ki, donuz qripi insanlara donuzlardan keçib.

"Rusiyada donuz ətinə üstünlük verilir. Donuzun saxlanılması, kəsilməsi, yeyilməsi prosesində xəstəlik insanlara yoluxa bilir. Bu, onunla əlaqəlidir. Bizdə isə donuz əti çox yeyilmədiyi üçün xəstəliyin yayılması ehtimalı azdır. Təbii ki, tədbirlər görülməli və bu virusla bağlı müəyyən araşdırmalar aparılmalıdır. Hansı heyvanlarda olduğu aşkarlanmalı və nəzarətdə saxlanmalıdır. Düşünürəm ki, donuz qripi ilə bağlı bizi hər hansı təhlükə gözləməsə də, quşların köçü ilə əlaqədar xəstəliyin yayılması ehtimalı ola bilər. Bunun qarşısını alınmaq üçün müəyyən epidemik tədbirlər görülməlidir", - həkim yekunda əlavə edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam