Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Azərbaycanda əhali qripə qarşı pulsuz vaksinasiya edilə bilər?

Azərbaycanda əhali qripə qarşı pulsuz vaksinasiya edilə bilər?

 

Azərbaycanda dövlət tərəfindən əhali arasında qrip əleyhinə planlı qaydada peyvəndləmə işləri aparılmır

 

Yenixeber.org: Bunu Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva deyib.

A.Əliyeva bildirib ki, bu gün Azərbaycana qripə qarşı vaksinlər dövlət tərəfindən deyil, özəl şirkətlər vasitəsilə gətirilir. Ölkədə qripə qarşı vaksinasiya tədbirləri də özəl müəssisələr tərəfindən həyata keçirilir: "Amma hələlik planlı qaydada dövlət tibb müəssisələri tərəfindən qripə qarşı vaksinasiya aparılmır və nəzərdə də tutulmur. Əgər buna ehtiyac olarsa - yüksək xəstələnmə göstəricisi qeydə alınarsa, SN tərəfindən vaksin sifariş edilər və bu iş həyata keçirilər. Hələlik isə ölkədə qrip xəstəliyi olmadığından buna ehtiyac yoxdur".

Qeyd edək ki, peyvənd etdirmək üçün ən münasib dövr sentyabrdan noyabradək olan müddət hesab edilir. Peyvənd orqanizmi 80 faizədək qrip virusundan müdafiə edə bilər.

Trend-in apardığı araşdırmadan məlum oldu ki, qripə qarşı peyvəndləmə işini Bakıdakı özəl klinikaların çox az hissəsi həyata keçirir.

Klinikalar arasında keçirdiyimiz sorğu zamanı bəlli oldu ki, qripə qarşı vaksinasiyanı həyata keçirən klinikalarda uşaqların peyvənd öncəsi həkim müayinəsindən keçməsi tələb olunsa da, böyüklər üçün bu şərtə əməl etmək vacib deyil. Müraciət edən böyüklər öz istəklərinə uyğun olaraq, peyvənddən əvvəl terapevtlərin müayinəsindən keçə bilərlər.

Peyvəndin qiymətinə gəldikdə isə, ötən illərdə uşaqlar üçün olan peyvəndlərin qiyməti böyüklər üçün nəzərdə tutulan qiymətdən daha ucuz olsa da, bu il həm böyüklər, həm də uşaqlar üçün peyvəndin qiyməti eyni - 40 manat müəyyənləşib.

Özəl klinikalardan bildiriblər ki, böyüklərə və uşaqlara vurulan dozaların fərqli olmasına baxmayaraq, uşaqlar üçün vaksin istifadə edilərkən o, yarımçıq, yəni istifadəsiz qaldığından onlar üçün də peyvəndin qiyməti böyüklərdə olduğu kimi hesablanır.

Bəzi klinikalarda bu qiymətə uşaqlar üçün həkim müayinəsinin qiyməti də daxil edilib. Lakin böyüklər peyvənddən əvvəl həkim müayinəsindən keçmək istədikdə bunun üçün əlavə xidmət haqqı ödəməlidirlər.

Özəl tibb müəssisələrində istifadə edilən peyvəndlər əsasən, Belçika və Fransa istehsalıdır.

Klinkalardan verilən məlumata görə, peyvəndə qarşı immunitet 2-3 həftə ərzində yaranır. Peyvənd olunan insanlar bu müddətdə özlərini infeksiyalardan qorumalıdırlar. Orqanizmdə immunitet yarandıqdan sonra həmin şəxslər 1 il müddətində qripə yoluxsalar belə, onu yüngül keçirirlər.

Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı 2017-2018-ci ilin payız-qış mövsümündə qripin növbəti ştamlarının - qrip B-Brisben, qrip A-H3N2 (Honkonq) və H1N1-Miçiqan qriplərinin üstünlüyünü proqnozlaşdırıblar.

Azərbaycan Səhiyyə Nazirliyi builki payız-qış mövsümünün indiyədək olan dövrü ərzində ölkə ərazisində qrip virusunun aşkarlanmadığını açıqlayıb.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam