Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Donuz qripi”nə görə Bakıda xüsusi palatalar yaradıldı, sərhəddə dezinfeksiya...

Palatalar hazır vəziyyətə gətirilib, dərman vasitələri, tibbi ləvazimat və inventarlarla təchiz edilib;  sərnişin və yük vaqonları  yuyulub dezinfeksiya olunduqdan sonra “Azərbaycan Dəmir Yolları” QSC-yə təhvil verilir

Yenixeber.org: Gürcüstan paytaxtı Tiflisdə 22 yaşlı gənc qadın qrip virusundan ölüb. O, bir həftə öncə qripin törətdiyi ensefalit diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Bir neçə gün ərzində qadın süni tənəffüs aparatına qoşulmuş vəziyyətdə müalicə olunub. Həkimlərin səylərinə baxmayaraq, gəncin həyatını xilas etmək mümkün olmayıb.

Qadının “donuz qripi”ndən ölməsi ehtimal olunur. Ölümün dəqiq səbəbi ekspertizadan sonra müəyyən olunacaq.

Dünyasını dəyişən qadının tibb fakültəsinin tələbəsi olduğu və virusa növbədə qaldığı xəstəxanada yoluxduğu bildirilib. Onun yaş yarımlıq övladı olduğu bildirilir.

Gürcüstan Respublikasında insanlar arasında “donuz qripi” xəstəliyinin yayılmasını və bu xəstəliyin insanlar vasitəsilə donuzlara ötürülmə ehtimalını nəzərə alan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin Dəmir Yolunda Baytarlıq Xidməti İdarəsi ölkəmizə qonşu respublikadan daxil olan kənd təsərrüfatı yükləri daşınan vaqonlarda dezinfeksiya tədbirləri aparır. Həmçinin Rusiya, Ukrayna, Latviya, Belarus, Rumıniya, Argentina və digər ölkələrdən gətirilən vaqonlar kənd təsərrüfatına, o cümlədən baytarlığa aid yüklərdən boşaldıqdan sonra baytarlıq təyinatına əsasən dezinfeksiyaya göndərilir.

Vaqonların dezinfeksiyası Dəmir Yolunda Baytarlıq Xidməti İdarəsi tərəfindən Ələt yuma-dezinfeksiya məntəqəsində aparılır. Vaqonlar yuyulub dezinfeksiya olunduqdan sonra “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə təhvil verilir. Ələt yuma-dezinfeksiya məntəqəsi bütün lazımi dezinfeksiya maddələri ilə təmin edilib.

Ä°lgili resim

Dövlət Baytarlıq Xidməti bildirir ki, ölkədə saxlanılan donuzlar arasında “donuz qripi” qeydə alınmayıb və vəziyyət sabitdir.

“Azərbaycanda donuz qripinə yoluxma halları mövsüm ərzində qeydə alınmayıb. Mövsümi qripin və digər kəskin respirator infeksiyaların səviyyəsi son illərin orta göstəricisini aşmayıb. Lakin sərhədyanı ölkələrdə gərgin epidemioloji vəziyyətin davam etməsi ölkəmiz üçün real təhlükə kəsb etdiyindən profilaktik, müalicəvi və əksepidemik tədbirlərin həyata keçirilməsini tələb edir”.  “Yeni Müsavat” Səhiyyə Nazirliyinin saytına istinadən belə xəbər verir.  Nazirliyin  məlumatında bildirilir: “Bununla bağlı, tibb müəssisələrinə ağır kəskin respirator xəstəlik halları barədə müraciət olduğu halda, dərhal yerli gigiyena və epidemiologiya mərkəzlərinə məlumat verilir, şübhəli xəstələrdən götürülmüş nümunələr isə Respublika Taun Əleyhinə Stansiyasına çatdırılır, respublikanın şəhər və rayonların gigiyena və epidemiologiya mərkəzləri əhalinin kütləvi məskunlaşdığı yerlərdə sanitariya-gigiyena norma və qaydalarına, dezinfeksiya rejiminə ciddi riayət edilməsinə dair nəzarəti gücləndirib.

Donuz qripi ilÉ baÄlı dezinfeksiya ile ilgili görsel sonucu

Ağır formalı qrip xəstələrinin hospitallaşdırılması üçün ET Ağciyər Xəstəlikləri İnstitutunda mənfi təzyiqli bokslar, 1 saylı Kliniki Tibbi Mərkəz və 7 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasında donuz qripi xəstəliyi ilə əlaqədar xüsusi palatalar ayrılıb, onlar hazır vəziyyətə gətirilib, dərman vasitələri, tibbi ləvazimat və inventarlarla təchiz edilib. Sərhəd keçid məntəqələrində hərarətli xəstələri aşkarlamaq üçün termoindikatorlar təchiz edilib. Respublika Taun Əleyhinə Stansiyanın laboratoriyasına tibb müəssisələrindən kəskin respirator əlamətlərlə müşahidə edilən xəstələrdən 867 nümunə daxil olmuş, “donuz” qripi aşkar olunmayıb.

Gürcüstanda insanlar arasında “donuz qripi”nin sürətlə yayılmasını nəzər alaraq ölkəmizin donuzçuluq təsərrüfatlarına mütəmadi baytarlıq baxışı, sahibkarlarla görüşlər keçirilir və təsərrüfatlarda dezinfeksiya tədbirləri aparılır.

KÉnd TÉsÉrrüfatı Nazirliyi yanında DövlÉt Baytarlıq XidmÉti ile ilgili görsel sonucu

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətindən (DBX) “Trend”ə verilən məlumata görə, belə tədbirlərdən biri də Oğuz Rayon Baytarlıq İdarəsi tərəfindən Oğuz şəhər sakini Toskoynov Qeorqiyə məxsus 31 baş donuz saxlanılan təsərrüfatda icra edilib. Baytar mütəxəssisləri heyvanlara baxış keçirib, 3 aydan yuxarı 15 baş donuzda qarayara xəstəliyinə qarşı peyvənd edərək 85 kvadratmetr sahədə dezinfeksiya aparıblar. Həmçinin rayonun baytar mütəxəssisləri tərəfindən təsərrüfat sahiblərinə və sakinlərə heyvanların yemlənməsi və bəslənməsində zootexniki qaydalara əməl edilməsinə dair tövsiyələr də verilib.

Qaxda da  baytarlıq idarəsi donuzlar arasında profilaktik tədbirlərə başlayıb.  Rayon ərazisində 2 min başdan çox donuz qarayara xəstəliyinə qarşı peyvənd olunub və donuzların saxlandığı ərazilər dezinfeksiya edilib. Qax rayonu Gürcüstan Respublikası ilə sərhəddə yerləşdiyindən və rayonda fərdi donuz təsərrüfatları olduğundan rayon Dövlət Baytarlıq İdarəsi gücləndirilmiş iş rejiminə keçib.

İdarə rəisi Şövkət Babayev “Report”a bildirib ki, rayonda 2 min başdan çox donuz bəslənir: “Donuzlara əsasən milliyyətcə gürcü olan, Qax rayon sakinləri baxır. İdarə tərəfindən dezinfeksiya və mexaniki təmizlənmə işləri ilə yanaşı, donuz saxlayan fermerlər arasında maarifləndirmə işləri gücləndirilib. Əsas tapşırıq isə donuzları qapalı şəraitdə saxlamaqdır”.

“Report”un bölgə müxbirinin məlumatına görə, Qax rayonunun bazarında donuz ətinin satışına rast gəlmək mümkündür. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ətin satışına nəzarət edir. Satışa çıxarılan donuz ətindən nümunə götürülür və laboratoriyaya göndərilir. Ət satışa yararlıdırsa, satışına icazə verilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam