Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

"TALIBOVUN İŞ ÜSLUBU SIRF KORRUPSİYAYA KÖKLƏNİB" -“Prezident ona demişdi ki...”

Yenixeber.org: Bunu millət vəkili Etibar Əliyev deyib.

O, bildirib ki, Muxtar Respublikanın büdcəsinin qalan hissəsi - 300 milyon manatı Bakıdan dotasiya olunur: “Ölkə başçısı cənab İlham Əliyev bir neçə il bundan öncə Vasif Talıbovu qəbul edəndə tapşırıq verdi ki, bütün ölkədə olduğu kimi bu gün Naxçıvanda da maliyyə və iqtisadi sahələrdə şəffaflıq tam təmin olunmalıdır.

Prezident hətta nümunə də gətirdi. Söylədi ki, aparılan islahatlar nəticəsində təkcə bu ilin 10 ayı ərzində büdcə gəlirləri plandan əlavə 850 milyon manat artmışdır: “Bunun yarısı vergi, yarısı gömrük orqanları hesabına formalaşıb.”

Vasif Talıbov bu tövsiyə və tapşırıqlardan nəticə çıxarmadı. Diqqət edin, son epizod üzrə 144 milyon manatlıq korrupsiya faktı Naxçıvanın büdcəsinin 37 faizini təşkil edir. Bu, Vasif Talıbovun iradəsindən kənarda baş verə bilməz. Talıbovun iş üslubu sırf korrupsiyaya köklənib. Bu səbəbdən Vasif Talıbovun istefasını haqlı olaraq irəli sürmüşəm. Heç kəs etimaddan sui-istifadə etməməlidir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam