Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Saakaşvilinin bədənində daha bir zəhərli maddə aşkarlanıb

Yenixeber.org: Məlumatı onun vəkili Şalva Xaçapuridze yayıb. Bildirib ki, dırnaq analizinin cavabı hələki açıqlanmayıb, lakin telefon danışığı zamanı daha bir zəhərli maddə - arsenium aşkarlandığı bildirilib.

Toksikoloji analizlərin yekun cavabının ABŞ-dan göndəriləcəyi bildirilib. Gürcüstanın insan haqları müvəkkili (Ombudsman) Nino Lomcaria da bu gün Mixeil Saakaşvilini Tbilisidə müalicə aldığı klinikada ziyarət edib. O, jurnalistlərə açıqlamasında Saakaşvilinin səhhətindəki problemlərlə şəxsən tanış olmaq istədiyini qeyd edib.

Qeyd edək ki, daha əvvəl Saakaşvilinin saç nümunələrinin analizi zamanı civə, barium və bismut kimi zərərli maddələrin aşkarlandığı açıqlanıb.

Gürcüstanın üçüncü Prezidenti Mixeil Saakaşvili bu gün dövlət sərhədini qanunsuz keçmək ittihamı ilə məhkəməm qarşısına çıxarılacaq. Onun səhhətindəki problemlərlə əlaqədar hərəkət etməkdə çətinlik çəkdiyi, bu səbəbdən məhkəmə zalına əlil arabasında gətiriləcəyi bildirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam