Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Saakaşvili Ukraynada:yolu haradır –hakimiyyətə, yoxsa həbsə? – Təhlil

 

Yekaterina Korostiçenko, Yuri Zaynaşev

vz.ru, 12.09.2017

 

Yenixeber.org:Saakaşvili azadlıqda qaldığı hər saatda Ukrayna rejiminin impotensiyasını sərgiləyir. İndi Odessanın eks-qubernatorunun qarşısında dörd yol qalıb: ya həbsxanaya – özü də uzun müddətə, ya qısa müddətə həbsxanaya və oradan məcburən xaricə, ya həbsxanaya, sonra isə zəfərlə hakimiyyətə qayıdış, ya da yerli oliqarxiyanın oyuncağına çevrilmək. Prezident kreslosuna olmasa da, heç olmasa, Ali Rada üzvünün kreslosuna.

Ukrayna hökuməti özünün keçmiş üzvü Mixail Saakaşvilini hələlik gözaltına almağa qorxur və Lvov mehmanxanalarının birnə düşmüş bu “qeyri-leqal mühacir” ən yaxın günlərdə ağlına gələn hər şeyi edə bilər. Ukrayna DİN şefi Arsen Avakovun güc təmsilçilərinin keçmiç Odessa qubernatorunu məhkəməyə verdikləri haqda bəyanatından bu cür nəticə çıxarmaq olar. Ukrayna DİN başçısı bəyan edib: “Sərhəd ximəti ciddi qanuni prosedur üzrə uyğun şəkildə məhkəmə instansiyalarına müraciət edəcək ki, cənab Saakaşvilinin inzibati məcəllənin 204-cü maddəsi üzrə sərhədi pozduğunu müəyyən etsin”.

 Avakov sanki özünə bəraət qazandırır: “Bəli, bu, emosional reaksiya vermək istəyənlərin güman etdiyindən bir qədər çox vaxt aparacaq, amma bu, tamamilə qanuni bir yoldur”.

“Yeni qüvvələr Ruxu” partiyası lideri, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili əvvəllər bildirib ki, özünün Ukrayna pasportunu sərhəddə avtobusda qoyub, ora gəlmiş Ukrayna polisləri isə pasportu “oğurlayıblar”.

Lakin sənədlərin olmaması onun planlarına mane olmur – Saakaşvili Ukraynanın bütün bölgələri üzrə avtobus səfərinə yollanmağı vəd edib. Düzdür, Krımın bu sıraya daxil olub-olmadığını dəqiqləşdirməyib. Saakaşvili qeyd edib: “Mən çox xoşbəxtəm ki, əvvəllər bir yerdə oturmayan tamamilə müxtəlif qüvvələr mənim mövzum ətrafında birləşiblər”.

O, avtobus seçiminin xeyrini bununla izah edib ki, sənədsiz onu təyyarəyə buraxmayacaqlar. Amma onsuz da aydındır ki, Saakaşviliyə bu dəqiqə məhz bu forma ideal şəkildə yaraşır – istər qastrol “kötəyi”,  istərsə də xaç gedişi. O, indi hər bir vilayətdən bir göz qırpımında bazar gününün siyasi kapitalını toplamağa çalışır.

 

Saakaşvilini uzun müddətə həbsə atacaqlar

 

“Pyotr Poroşenko bloku”nun (PPB) Ali Radadakı fraksiyasının deputatları qanunun üstün gələcəyi, Saakaşvili və sərhədi pozmaqda ona yardım edənlərin həbs ediləcəyinə inanırlar. PPB-dən deputat Dmitri Andriyevski “Vzqlyad” qəzetinə müsahibədə qəzəblənib: “Onların Konstitusiya ilə qorunan dövlət sərhədini pozması, əlbəttə, cinayətdir. Artıq məhkəməöncəsi araşdırma başlanıb. Düşünürəm ki, hüquq-mühafizə qurumları ayırd edəndə təkcə Saakaşviliyə deyil, sərhədi pozanların hamısına nisbətdə məhkəmə qərarı qəbul ediləcək. Dövlət sərhədini pozmağa görə CM-nin 242-ci maddəsi yetərincə ciddi maddədir. Nəticə necə olacaq, məhkəmənin qərarı necə olacaq, bilmirəm”.

Andriyevski Saakaşvilini Gürcüstana verib-verməyəcəkləri haqda fal açmağa girişməyib: “Verəcəklər, yoxsa verməyəcəklər? Bunu məhkəmə həll edəcək – bizdə ki hüquqi dövlət var”.

 

Saakaşvilini həbs edərək ölkədən çıxaracaqlar

 

Müxalifət Ukraynanın hüquqi dövlət olduğuna şübhə edir. “Mən anlaya bilmirəm, biz hansı ölkədə yaşayırıq?! Başda deputatlar olmaqla hansısa bir kütlə sərhədi basıb sındırıb, Saakaşvilini içəri dürtüb. Lütfən, izah edin, o kimdir belə? O nəkarədir?”, – deyə Bölgələr Partiyasının keçmiş təmsilçisi, Ali Radanın fraksiyasız deputatı Yakov Bezbax çaş-baş qalıb. Deputat yada salıb: “Onu vətəndaşlıqdan ediblərsə, işi axıradək aparmaq lazımdır. Poroşenkonun özü vətəndaşlıq verib, özü də məhrum edib. Dost idilər, indi düşməndirlər. Nə vaxtsa qucaqlaşır, öpüşürdülər, Saakaşvili öz baxış nöqtəsini deməyə başlayan kimi xoşa gəlmədi”.

Bezbax əmindir ki, keçmiş qubernatoru Ukraynadan sürgün edəcəklər. Deputat “Vzqlyad” qəzetinə bildirib: “Saakaşvilinin başqa yolu yoxdur. Bu, qanun üzrə variantdır. Onu Gürcüstana verməlidirlər, çünki axtarışa verilib. Gürcülər onu necə lazımdır mühakimə edəcəklər”.

 

Saakaşvili hakimiyyətə qayıdacq

 

Ukrayna Siyasi analiz və menecment İnstitutunun direktoru Ruslan Bortnik istisna etmir ki, Saakaşvili hökumətlə hələ də tam barışa və parlamentə keçə bilər. Bortnik RİA Novosti-yə bildirib: “Ölkədə onun gələcəyi yetərincə şübhəlidir. O ən yaxşı halda hökumətlə sazişə gələ və parlamentə düşə bilər”.

Lakin politoloq bunu da istisna etmir ki, Saakaşvilini ya Gürcüstana, ya da Polşaya deportasiya edəcəklər. Ekspert hesab edir ki, eks-qubernatorun populyarlıq gurultusu ötəri təsadüfdür, çünki müxtəlif güclər Saakaşvili uiğrunda deyil, Poroşenkoya qarşı birləşib. Bortnik əlavə edir: “Bu, durumdan doğan birlikdir, hələlik Saakaşvili ilə bağlı vəziyyət informasiya dividendi gətirir”.

Yeri gəlmişkən, bazar ertəsi Tiflisə gəlmiş ABŞ dövlət katibi köməkçisinin müavini Bricit Brinks bildirib ki, Saakaşvilinin ekstradisiyası məsələsi yalnız iki ölkəyə – Ukrayna və Gürcüstana aiddir. O, eks-prezidentlə həmrəylik ifadələrindən yayınıb, amma etiraf edib ki, Dövlət Departamentində onun taleyini izləyirlər.

Ekspertləri həmçinin təəccübləndirmir ki, Varşava eks-prezidentə dəm tutur – Polşa sərhədçiləri onu bir neçə dəfə buraxıblar, amma bilməyə bilməzdilər ki, pasportu ləğv olunub.

Kiyev siyasi araşdırmalar və münaqişəşünaslıq Mərkəzinin direktoru Mixail Poqrebinski “Vzqlyad” qəzetinə məlumat verib ki, hazırda bütün Qərb mətbuatı Saakaşvilinin tərəfində çıxış edir. Kiyevli politoloq hesab edir ki, Ukrayna rəhbərliyindən qıcıqlanmış Polşa hökumətinin Poroşenkonun nüfuzunun qayğısına qalmağa səbəb görməməyində təəccüblü heç nə yoxdur. “Başqa, lakin az ağalabatan izahat var. Adıbəlli təyyarəçi Makkeyn daxil olmaqla Varşavanın baxış nöqtəsinə əsaslı şəkildə təsir edən və polyaklardan Saakaşvilinin xahişlərinə diqqətli yanaşmağı tələb edə biləcək Amerika isteblişmentinin bir qismi var”.

 

Saakaşvili oliqarxiyanın oyuncağı olacaq

 

Odessa şəhər sovetinin  keçmiş deputatı, siyasi mühacir İqor Dmitriyev hesab edir: “Hətta hakimiyyət ona içəri bassa, bu, çox çəkməyəcək. O bundan ancaq udur – əzabkeş obrazında göz qabağına gələcək. Kiyev Saakaşvilini Gürcüstana deportasiya etmək qərarında  xüsusi qətiyyət göstərmir. Bundan başqa, gürcülərin özləri də onu sözdə həbs etməyə hazırdır, amma fakt üzrə ekstradisiya prosesini uzadacaqlar. Bu proses isə nə qədər çox uzansa, Saakaşvili Ukraynada durumu bir o qədər çox laxladacaq”.

Dmitriyev gələcəkdən danışır: “Saakaşvili hakimiyyətə can atacaqmı? Xeyr. O, dayanıqlı dəstəyə malik deyil. O, dağıdıcı potensialını həmişə  istifadə etməli olan qalmaqalçıdır. O, narazı oliqarxlar üçün hansısa mənada konsensuslu şəxsiyyətdir. Və ondan taran kimi yararlanacaqlar”. Dmitriyev təxmin edir – Saakaşvili əvvəllər Kolomoyski ilə dalaşsa da, indi isə məhz Kolomoyski ondan istifadə edəcək. Saakaşvilinin söykənəcəyi başqa bir güc “polis kriminalı”, yəni Avakovun başçılıq etdiyi DİN-in himayəsi altında  millətçilərlə cinayətkarların birliyidir. Lakin o da əvvəllər Saakaşvili ilə sözləşib və az qala, dalaşıb, indi bu dalaşlar unudulacaq. Axı Avakov da Poroşenko ilə münaqişədədir. Belə ki, vəziyyət dinamikdir.

Tərcümə (Strateq.)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam