Redaktor seçimi
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Günün xəbəri

Dövlət qurumları adından planlanan kiberhücum hazırlıqlarının qarşısı alınıb

Dövlət qurumları adından planlanan kiberhücum hazırlıqlarının qarşısı alınıb
Dövlət qurumlarının informasiya təhlükəsizliyinin təmini məqsədi ilə “AzstateNet” dövlət şəbəkəsində 3-cü rüb ərzində 81 milyon zərərli keçid yeni nəsil mühafizə avadanlıqları vasitəsi ilə, 873 min zərərverici virus mərkəzləşdirilmiş antivirus sistemi vasitəsi ilə bloklanıb, 83 min virus tərkibli sənəd isə xüsusi "Sandbox" Fayl Analizi mühafizə sistemləri vasitəsi ilə aşkarlanaraq dövlət qurumlarına göndərilməsinin qarşısı alınıb.

Yenixeber.org:  Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin yaydığı məlumata əsasən xəbər verilir ki, bu barədə qurumun cari ilin III rübü ilə bağlı yaydığı hesabatda bildirilib.

“Hesabat dövründə qeydə alınmış və dövlət qurumlarından daxil olmuş məlumatlar əsasında kiberhücumların analizi ilə 778 kiberhücum indikatoru (IOC) müəyyən edilib və bloklanması ilə dövlət qurumlarına qarşı hazırlanmış xüsusi hədəflənmiş APT kiberhücumların qarşısı alınıb. Bu kibertəhdidlərin 443-ü daxili araşdırma, 335-i isə dövlət qurumları tərəfindən daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən olunub.

Hesabat dövründə kiber-kəşfiyyat imkanlarından istifadə etməklə dövlət qurumları domenlərinə (gov.az) bənzədilmiş 40 saxta domenin ölkə üzrə fəaliyyətinin qarşısının alınması ilə xakerlər tərəfindən xüsusi hədəflənmiş kiberhücum hazırlıqlarında dövlət qurumları adından istifadə edilməsi planlarının qarşısı alınıb və kiberhücum cəhdləri qabaqlanıb”, - deyə məlumatda bildirilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam