Redaktor seçimi
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Günün xəbəri

Nümayəndəlik rəhbəri:“Azərbaycan NATO ilə güclü əməkdaşlıq qurub”

 “Azərbaycan sülh və təhlükəsizliyin təmin edilməsi məsələlərində NATO ilə güclü əməkdaşlıq qurub”.

Yenixeber.org: Bunu Azərbaycan Respublikasının NATO yanında nümayəndəliyin rəhbəri Cəfər Hüseynzadə ADA Universitetində keçirilən “Davamlı sabah naminə qadınlar” adlı beynəlxalq konfransda deyib.

O, Azərbaycan sülhməramlılarının NATO-nun Əfqanıstandakı missiyası çərçivəsində oynadığı rolu vurğulayıb.

Onun sözlərinə görə, NATO hazırda Azərbaycan ilə iki əsas sahədə əməkdaşlığı dəstəkləyir: "Bunlar praktiki əməkdaşlıq və siyasi dialoq sahələridir. Biz həmçinin qadınların sülh və təhlükəsizliyin təmin edilməsində iştirakı məsələsinə də diqqət ayırırıq”.

Missiya rəhbəri münaqişədən sonrakı mərhələdə bütün səviyyələrdə, xüsusilə də işğaldan azad edilmiş ərazilərin bərpası və reinteqrasiya məsələlərində qadınların sülh quruculuğu sahəsində təmsil olunmasının vacibliyini söyləyib.

C.Hüseynzadə vurğulayıb ki, Ermənistanın təxribatları sülh prosesinə və Azərbaycan ilə münasibətlərin normallaşmasına mənfi təsir göstərir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam