Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Kiyevdə azərbaycanli döyüşçü ilə vida mərasimi keçirilib -FOTOLAR

Ukrayna-Rusiya savaşında həlak olan 33 yaşlı həmyerlimiz Sabir Qəzənfərov Kiyev şəhərində dəfn edilib.

Yenixeber.org: Bu barədə Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun sədri Hikmət Cavad “Feysbuk” hesabından paylaşım edib.

Qeyd edək ki, azərbaycanlı döyüşçünün vida mərasimində Hikmət Cavadın rəhbəri olduğu idarə heyətinin üzvləri, Krım tatarlarının liderlərindən Rüfət Çibarov, Sabirin döyüş yoldaşları, orada yaşayan həmyerlilərimiz və xanımı iştirak edib.


Mərhum azərbaycanlının xanımı Katyanın sözlərinə görə, o, Sabirlə birgə müharibənin ilk günlərindən Ukraynanın müdafiəsində iştirak edib: “Həyat yoldaşım Sabir Qəzənfərov könüllü dəstələrə qoşulub, Ramansk körpüsündə Rusiya ordusunun əsgərlərinin atəşə tutduğu uşaqları, qocaları, qadınları ölümdən xilas edib. Bundan əlavə, Buçada yaşanan faciədə insanlara yardım edib.

O, maşında yoldaşları ilə birlikdə döyüş tapşırığını yerinə yetirməyə gedərkən, Yeroslav adlı əsgərlə bir yerdə həlak olub. Üç nəfər isə yaralanıb. Mən isə Ukrayna Silahlı Qüvvələrində həkim kimi xidmət edirəm”.

Qeyd edək ki, Ukrayna uğrunda döyüş şəraitində həyatını itirən həmyerlilərimizin sayı 30-a yaxındır.




Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam