Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

“Microsoft” Azərbaycandakı nümayəndəliyini bağlamır

"Microsoft" şirkəti Azərbaycandakı nümayəndəliyinin fəaliyyətini dayandırmır.

Yenixeber.org: "Microsoft"un Azərbaycan ofisi bağlanmır və ehtiyac olarsa şirkət tərəfindən açıqlama yayılacaq", - açıqlamada deyilir.

"Report"un əldə etdiyi məlumata görə, "Microsoft Azərbaycan"dan təxminən 10-a yaxın əməkdaş ixtisar edilib, o cümlədən baş meneceri Qaçay Mirzəyev və bir sıra əməkdaşları şirkətdən ayrılıb.

Bildirilir ki, ixtisar edilən əməkdaşlar əsasən Rusiya və Ukraynada icra edilən və hazırda icrası dayandırılan layihələrdə çalışan işçilərdir.

Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə və bir sıra KİV-lərdə "Microsoft Azərbaycan"ın ölkəmizdəki ofisini bağlaması ilə bağlı məlumat yayılıb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib ki, Azərbaycanın "Microsoft"la əməkdaşlığı davam edir: “Microsoft” şirkətinin Azərbaycandakı nümayəndəliyinin fəaliyyətini dayandırması ilə bağlı səsləndirilən fikirlərlə əlaqədar bildiririk ki, hər bir şirkət fəaliyyət strategiyasını və əhatə dairəsini özü müəyyən edir.

Eyni zamanda diqqətinizə çatdırırıq ki, “Microsoft” nümayəndəliyinin fəaliyyətinin dayandırılması şirkətlə Azərbaycan hökuməti arasında mövcud əməkdaşlığın dayandırıldığını ifadə etmir. Hazırda şirkət tərəfdaşları vasitəsi ilə Azərbaycanın dövlət qurumları və özəl şirkətləri ilə əməkdaşlığını uğurla davam etdirir".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam