Redaktor seçimi
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
Günün xəbəri

Vergi orqanlarının geyim forması və fərqləndirmə nişanları dəyişib -SİYAHI

 

Prezident İlham Əliyev “Azərbaycan Respublikası dövlət vergi orqanlarının tanınma nişanı, vəzifəli şəxslərinin xüsusi geyim forması və fərqləndirmə nişanları haqqında Əsasnamə”yə dəyişiklik edilməsi ilə bağlı 

Fərman imzalayıb.

Yenixeber.org: Fərmana əsasən, dəyişikliklər aşağıdakı kimi olacaq:

- Dövlət Vergi Xidmətinin tanınma nişanı dairəvi formada olacaq. Qızılı xətlə haşiyələnmiş və üzərində xüsusi kompozisiya təsvir olunub

- Tanınma nişanının yuxarı hissəsində ağ fon üzərində qızılı rəngdə yarımdairə formasında “Azərbaycan Respublikası” və onun aşağısında “İqtisadiyyat Nazirliyi” sözləri yazılıb

- Tanınma nişanının mərkəzində Azərbaycan Respublikasının Dövlət Gerbinin təsviri əks olunub

- Ağ fon üzərində qızılı rənglə təsvir edilmiş üçbucaq formalı elementlər Dövlət Gerbinin ətrafında dairə yaratmış və həmin 4 dairənin aşağı hissəsində ağ fon üzərində qızılı rəngdə “Dövlət Vergi Xidməti” sözləri yazılıb

- Tanınma nişanının aşağı hissəsində “Dövlət Vergi Xidməti” sözlərinin hər iki yan tərəfi qızılı rəngli qövsvari sünbüllə haşiyələnib

- Tanınma qol nişanı göy rəngdədir, pambıq parça üzərində polivinilxlorid (PVX) materialdan istifadə edilməklə preslənmə yolu ilə hazırlanır.

- Tanınma döş nişanı ağ rəngdədir və vəzifəli şəxslərin üçdüymə köynəyinin üzərinə toxunub

- Tanınma qol və döş nişanları dairəvi formadadır, 5 qızılı xətlə haşiyələnmişdir, üzərində xüsusi kompozisiya təsvir olunub

- Dairənin ümumi diametri 80 mm, üçbucaq formalı elementlərin Dövlət Gerbinin ətrafında yaratdığı dairənin diametri isə 48 mm-dir

- Tanınma qol və döş nişanlarının yuxarı hissəsində qızılı rəngdə yarımdairə formasında “Azərbaycan Respublikası” və onun aşağısında “İqtisadiyyat Nazirliyi” sözləri yazılıb

- Tanınma qol və döş nişanlarının mərkəzində Azərbaycan Respublikasının Dövlət Gerbinin təsviri göstərilib

- Qızılı rənglə təsvir edilmiş üçbucaq formalı elementlər Dövlət Gerbinin ətrafında dairə yaratmış və həmin dairənin aşağı hissəsində qızılı rəngdə “Dövlət Vergi Xidməti” sözləri yazılıb

- Tanınma qol və döş nişanlarının aşağı hissəsində “Dövlət Vergi Xidməti” sözlərinin hər iki yan tərəfi qızılı rəngli qövsvari sünbüllə haşiyələnib

- Qadınlar üçün yay çəkməsinin dabanının hündürlüyü 5 sm, kişilər üçün yay və qış çəkməsinin dabanının hündürlüyü isə 2,5 sm-dir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam