Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Şarl Mişel:“Aİ sammitinin əsas mövzusu enerji böhranı olacaq”

 

“Avropa İttifaqının (Aİ) dövlət və hökumət başçılarının oktyabrın 20-21-də Brüsseldə keçiriləcək sammitinin əsas mövzusu enerji böhranı olacaq”.

Yenixeber.org: Bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ittifaqa üzv olan ölkələrin liderlərinə ünvanladığı məktubda bildirib.

“Gündəliyimizin mərkəzində enerji böhranı dayanır. Bununla bağlı təcili tədbirlər görməliyik. Xüsusilə, üç fəaliyyət istiqamətini mütləq şəkildə gücləndirməliyik: enerji resurslarına tələbin azaldılması, təchizatın təhlükəsizliyinin təmin edilməsi və qiymətlərin məhdudlaşdırılması”, - o qeyd edib.

Mişel əlavə edib ki, Aİ liderləri sammitdə Ukraynaya qarşıdan gələn qışa hazırlıqla bağlı yardımı müzakirə edəcəklər: “Görüşdə Ukraynaya yardımımızı müzakirə etməyimizi istərdim”.

Onun sözlərinə görə, sammitdə “Şimal axını”nda təxribatdan sonra kritik infrastrukturun qorunması üzrə tədbirlər də müzakirə olunacaq: “Bundan əlavə, “Şimal axını” boru kəmərlərinə edilən son təxribat xarakterli hücumlar fonunda kritik infrastrukturu qorumaq üçün əməkdaşlığımızı intensivləşdirməyin yollarını da nəzərdən keçirəcəyik”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam