Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

“Son təxribatda Ermənistanın onlarla döyüş məntəqəsi məhv edilib” - DSX rəisi

Ermənistanın sentyabrın 13-14-də Azərbaycanla sərhəddə törətdiyi təxribatlara cavab olaraq düşmənin 2 "S-300" zenit-raket divizionu, döyüş dəstləri ilə birlikdə 2 ədəd "S-125" kompleksinin idarəetmə stansiyaları, "P-18" radiolokasiya sistemi, R-330 "Jitel" elektron mübarizə mərkəzi və sistemin anten gücləndirici qurğuları, onlarla döyüş məntəqəsi məhv edilib.

Yenixeber.org: Bu barədə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev rəsmi mətbuata müsahibəsində bildirib. 

DSX rəisi qeyd edib ki, dəqiq zərbələr nəticəsində düşmənin hərbi sursat anbarı sıradan çıxarılıb və bu hərbi bazadakı yanğın saatlarca raketlərin və sursatların partlaması ilə müşayiət olunub.

"Xüsusi olaraq vurğulamaq istərdim ki, bu gün bütün dövlət sərhəd xətti boyu, o cümlədən də Ermənistan ilə dövlət sərhədində əməliyyat şəraiti ciddi nəzarətimiz altındadır, sərhəd təhlükəsizliyimizə qarşı yönələ bilən istənilən təhdidin qarşısı qətiyyətlə alınır və bundan sonra da alınacaqdır.

Necə ki, sentyabr ayının 13-14-də sərhəd döyüş məntəqələrimizə qarşı təxribat törədən düşmən Azərbaycan əsgərinin döyüş əzminin, Azərbaycan sərhədçisinin döyüş ruhunun bir daha şahidi oldu.

Sentyabrın 13-dən Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu istiqamətində genişmiqyaslı təxribatının qarşısı qəhrəmancasına alındı, düşmənin canlı qüvvəsi, artilleriya və minaatanla yanaşı döyüş postları, dayaq məntəqələri, atəş nöqtələri zərərsizləşdirildi”, - Elçin Quliyev vurğulayıb. 

“Silahlı Qüvvələrimizin sarsıdıcı zərbələri altında böyük itkilər verdiyini görən və sərhəd-döyüş məntəqələrimizə qarşı hərbi təxribat törətməklə çox ciddi yanlış addım atdığını başa düşən Ermənistanın hərbi-siyasi rəhbərliyi öz havadarları vasitəsilə atəşkəs rejiminin bərpa olunması barədə müraciət etdi.

Qısamüddətli olmasına baxmayaraq, hərb tariximizdə öz yerini tutacaq bu döyüş əməliyyatları növbəti dəfə Müzəffər Ali Baş Komandanımızın qüdrətini, Azərbaycan Silahlı Qüvvələrinin yenilməzliyini bütün dünyaya nümayiş etdirdi”, - DSX rəisi əlavə edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam