Rusiyada hərbi komissarlığa silahlı hücum olub, hərbi komissar ölüb
Rusiyanın İrkutsk vilayətinin Ust-İlimsk şəhərində hərbi komissarlığa atəş açılması nəticəsində hərbi komissar ölüb.
Yenixeber.org: Məlumatı xarici KİV yayıb.
Bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən Ruslan Zini adlı şəxs saxlanılıb.
Onun hərbi komissara 6 dəfə atəş açdığı məlum olub.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin sentyabrın 21-də qismən səfərbərlik elan edib.