Arzu Rəhimovun Cəlilabaddakı kadrına qarşı ağır-İTTİHAM
Yenixeber.org: Son günlər ölkə mediasında Cəlilabad rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsinin rəisi Həsrət İsmayılovla bağlı şikayətlərin ardı-arası kəsilmir. Bu xüsusda mediada yazılanlardan məlum olur ki, Həsrət İsmayılov Cəlilabadda kiçik sultanlıq yaradıbdır. Həsrət İsmayılov rayona təyin olunduğu gündən bu yana, rüşvət,korrupsiya, özbaşınalıq və s. məlumatlar kifayət qədərdir. Ən önəmlisi, Həsrət İsmayılovun yazılanlardan da qeyd edildiyi kimi, hərbi bileti 2500 azn satması istiqamətində səslənən iddialar heç də xoş qarşılanmır.
Hərbi komissar xəstə gəncin anasını təhqir edib: “Heç kimi hərləmirəm, 1000 manat gətirin”
Cəlilabad rayonu Xəlilabad kənd sakini Məmmədov Mahir Böyükağa oğlu ölkə rəhbərliyinə, həmçinin aidiyyatı dövlət orqanlarına müraciət edib. O, müraciətində Cəlilabad rayon Hərbi Komissarlığında (Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad Rayon Şöbəsində) baş verən qanunsuzluqlardan, hərbi komissar Həsrət İsmayılovun əməllərindən şikayətlənib.
“Komissar xəstəlik kağızlarını həyat yoldaşımın sifətinə çırpmış…”
Oğlunun gecə görmə qabiliyyəti olmadığını bildirən şikayətçi, bununla bağlı xəstəlik sənədlərini Hərbi Komissarlığa təqdim edərkən, təhqir olunduqlarını bildirir: “Mənim oğlum Məmmədov Yusifin anadangəlmə gecə görmə qabiliyyəti yoxdur.
Ekspertlər də bildiriblər ki, bu elə bir xəstəlikdir ki, heç vaxt müalicəsi mümkün deyil. O xəstəliyin dəqiq elmi adını bilməsəm də (müxtəlif xəstəxanaların verdiyi müvafiq kağızlarda göstərilib), el arasında buna “toyuq xəstəliyi” deyilir.
Oğlum gündüzlər görsə də, gecə qətiyyən görmür. Biz onu anadan olandan, ta indiyə kimi gecələr çölə, ayaqyoluna əlindən tutub yanımızda aparıb gətiririk. Həkim kağızlarında da göstərilir ki, oğlumun görmə qabiliyyəti 23-30 faizdir.
Bu il oğlumun əsgərlik yaşı tamam oldu. Mən evdə olmadığımdan həyat yoldaşım və yeznəm uşağı da götürüb Cəlilabad rayon Hərbi Komissarlığına gəlmişlər. Onlar Cəlilabada yeni təyin olunmuş hərbi komissar Həsrət İsmayılovun yanında olmuş, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin verdiyi arayışı və tibbi müayinə kağızlarını komissara təqdim etmişlər. Komissar Həsrət İsmayılov kağızları vərəqləmiş, lakin bundan sonra qeyri-etik, məmura yaraşmayan hərəkətlərə yol vermişdir.
Belə ki, o kağızları həyat yoldaşımın sifətinə çırpmış, qışqırmışdır ki, götürün rədd olun çıxın burdan, mənə bu kağızlar lazım deyil, uşağınız əsgər getməlidir! Yeznəm ona demişdir ki, bu çox ədəbsiz hərəkətdir, əvvəla sən dövlət məmurusan, kağızı qadının sifətinə çırpmazlar”.
“1000 manat gətirin, uşağınıza Bakıya göndəriş verim”
Mahir Məmmədovun iddasına görə, komissar onlardan rüşvət tələb edib:
“Bundan sonra komissar Həsrət İsmayılov bildirmişdir ki, mən nə Zərifə Əliyeva mərkəzinin kağızlarını, nə də sizi hərləmirəm, gedin 1000 manat gətirin, uşağınıza Bakıya göndəriş verim, bilet düzəldin, yoxsa mümkün deyil!
Sanki biz bəy-xan dövranında yaşayırıq, Həsrət İsmayılov isə kəndxudadır, hər şey o dediyi kimi olacaq.
Həsrət İsmayılov bu rayona göndəriləndən Cəlilabad Hərbi Komissarlığında rüşvət baş alıb gedir. Çağırışçının Bakıya xəstəxanaya göndərilməsi üçün Həsrət İsmayılov valideynlərdən 1000 manat pul tələb edir.
Belə bardaq və korrupsiya görünməmişdi. Qiymətlər qalxıb, rayonda hərbi biletin qiyməti 3000-4000 civarındadır. Qadın bilmir, uşaq bilmir, hamını təhqir edir, min bir oyundan çıxır ki, pul qazansın.
Mən Həsrət İsmayılovun yanında oldum, dedim ki, o boyda Zərifə Əliyeva adına xəstəxana mənə kağız verib ki, uşağın gözü görmür, bəs sən ona nə deyirsən? Deyir ki, o boş şeydir, Zərifə Əliyeva adına mərkəzin verdiyi kağızlar hamısı saxtadır! Mən təəccüb içində qaldım”.
“Acığa düşərək oğluma “povestka” verib əsgərliyə göndərtdirdi”
Şikayətçinin müraciətində bildirilir ki, tələb olunan rüşvəti vermədiyi üçün hərbi komissar xəstə oğlunu hərbi xidmətə göndərmək istəyib: “Həsrət İsmayılov mənim inadkarlığımı görüb acığa düşərək oğluma “povestka” verib əsgərliyə göndərtdirdi, oğlumu apardılar, hətta Naxçıvana hərbi hissəyə düşdü. Lakin bir neçə gün keçmədi ki, orda uşağımın həqiqi xəstə olduğunu görüb geri qaytardılar, hətta onu göndərən hərbi komissarı lənətlədilər.
Bunlar puldan sarı min oyundan çıxırlar. Xəstə olanı aparırlar, sağlam olandan isə pul alıb xəstə edirlər.
Oğlum gecələr qətiyyən görmür, sabah əsgərlikdə “padyom” verib ayağa qaldırsaydılar, uşaq əl-ayaq altında qalıb şikəst olacaqdı. Bunu oğlumun düşdüyü hərbi hissədəki komandirlər və həkimlər də təsdiq etdilər.
Komissar Həsrət İsmayılov Zərifə Əliyeva adına xəstəxananın kağızlarını vecinə almayaraq, oğlumu əsgərliyə göndərmişdi.
Mən dəqiq bilirdim ki, oğlum əsgərlik xidmətinin yarısından “komsovat” olunub geri göndəriləcək. Pislik komissar Həsrət İsmayılova qaldı. Puldan ötrü özlərini biabır edirlər, min oyundan çıxırlar və Azərbaycan məmuru adına ləkə gətirirlər”.
“Həsrət İsmayılovun rüşvət kampaniyasına son qoyulsun”
Sonda Mahir Məmmədov müvafiq dövlət qurumlarından hərbi komissar haqda tədbir görməyi xahiş edir:
“Belələrinin dövlət vəzifəsində işləməsi düzgün deyil. Xəstə uşağımın nahaq yerə, heç nədən hərbi xidmətə göndərilməsi ailəmizə saysız-hesabsız fiziki və mənəvi iztirablar hesabına başa gəldi.
Cəmiyyətimizdə artan psixi xəstəliklər məhz bu cür məmurların ucbatından baş alıb gedir. Həsrət İsmayılov rüşvət vermədiyimi görüb uşağım obyektiv müayinədən keçməsinə imkan vermirdi. Mənim uşağım əsgərlikdə tələf olacaqdı, bunun məsuliyyətini isə Cəlilabad Hərbi Komissarı Həsrət İsmayılov daşıyacaqdı.
Məgər o bunu fikirləşmir?
Zərifə Əliyeva adına Oftalmologiya Mərkəzinin verdiyi kağızda da göstərilir ki, Məmmədov Yusif gecələr görmə qabiliyyətinə malik deyil.
Amma Cəlilabad rayon Hərbi Komissarı Həsrət İsmayılov pul maraqlarına görə, tamahkarlığa görə bu kağızı saya salmadı, hələ bir deyir ki, Zərifə Əliyeva xəstəxanasının verdiyi kağızlar saxtadır. Xahiş edirəm ki, əlaqədar dövlət orqanları bu işlə dərindən maraqlansınlar və jurnalistlərimiz bu məsələni işıqlandırsınlar ki, Həsrət İsmayılovun rüşvət kampaniyasına son qoyulsun və bizim kimi insanların haqqı tapdalanmasın”.(azpolitika.info)
***
Media üzərində digər rastlaşdığımız yazıda isə, Həsrət İsmayılovun qaranlıq keçmişi ilə bağlı olan önəmli məqamlar qeyd edilib. RadikalNews.info-nun araşdırmasın təqdim edirik:
Səfərbərlik Xidmətinin qaranlıq keçmişli polkovniki – Həsrət İsmayılov
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) yerli şöbə, idarə və bölmələrində üzə çıxan neqativ hallar səngimək bilmir ki, bilmir. Bu sahədə mövcud olan problemləri dəfələrlə qeyd edib konkret faktları ortaya qoymağımıza baxmayaraq, xidmət rəisi, general-leytenant Arzu Rəhimov vəzifə səlahiyyətlərindən kənar işlərlə məşğul olan şəxslərlə bağlı heç bir ölçü götürmür.
SHXÇDX yarandığı gündən etibarən xidmət rəisi yerli şöbə və idarələrdə demək olar ki, elə də ciddi yoxlamalar təşkil etməyib. Məhz bunun nəticəsidir ki, böyük ümidlərin bəsləndiyi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində ciddi problemlər yaşanır.
Bu dəfə əvvəllər Hərbi Komissarlıq, daha sonra Səfərbərlik Xidməti sistemində korrupsiya və qanunsuzluqları ilə məşhurlaşan polkovnik Həsrət İsmayılov haqda ilginc məlumatlar daxil olub.
İlk öncə onu bildirək ki, Həsrət İsmayılov Hərbi Komissarlıq sistemində Aslan Aslanovun adamı kimi tanınıb. Hər kəsə bəllidir ki, Əliağa Hüseynov Respublikanın Hərbi Komissarı vəzifəsindən azad ediləndən sonra Səfər Əbiyev komissarlıq sistemini faktiki olaraq Aslan Aslanovun idarəçiliyinə vermişdi.
Aslan Aslanov 2 il müddətində hərbi komissarlıqların 4-cü, 2-ci şöbələri, hərbi polis və hərbi hospitalları idarə etdi. Amma H.İsmayılovla A.Aslanovu yalnız bu tellər bağlamırdı. Aslan Aslanov hərbi komissarlıqları idarə etdiyi zamanlarda o vaxt Şəmkirin hərbi komissarı olan Həsrət İsmayılovdan borc adı ilə xeyli pul almışdı. O pulu da geri qaytarmayıb. Bakıda vəzifəyə təyin etdirəcəyini vəd edirdi.
Sonradan Aslan Aslanov vədini tutmadı, Həsrət İsmayılovun pulunu da qaytarmadı. Ən maraqlısı da bundan sonra oldu. Aslan Aslanov Şəmkirdəki stadionu bu məsələdən illər əvvəl, hələ Şəmkirin icra başçısı olarkən Həsrət İsmayılovun qardaşı, Rusiyada bizneslə məşğul olan Dilqəmin adına rəsmiləşdirmişdi. Aslan Aslanov Həsrət İsmayılovu vəzifəyə təyin etməyəndə aralarında narazılıq yaranır və Aslan Aslanov Həsrət İsmayılovu sakitləşdirmək üçün onu qardaşı Dilqəm İsmayılovu Cırdaxan kəndinə bələdiyyə sədri təyin etdirir. Amma yenə də Həsrət İsmayılovun pulunu qaytarmı. Vəzifədən alınması və Səfərbərlik Xidmətinin nəzarətdən çıxması A.Aslanovu H.İsmayılovu Bakı rayonlarının birinə rəis təyin etdirməsinə də əngəl olur. Aslanov öz borcundan yalnız komissarı hərbi prokurorluqda çox yüksək bir məqama tapşırmaqla çıxır və bu tapşırığın nəticəsidir ki, İsmayılov bu vaxtadək toxunulmaz qalıb.
Komissarın adı “Lamiyyə Quliyeva işi”ndə Şəmkirin icra başçısı olarkən oğlunun öldürülməsi işində A. Aslanovun Lamiyyə Quliyeva və Vüqar Əliyevə qarşı qəzəbi bütün ölkəyə bəllidir. Bu prosesə o zaman demək olar ki, rayonun bütün vəzifəli şəxsləri qatılmışdı. Bu gündə həbsdə olan Vüqar Əliyevin atası İbrahim İsmayılov onun üzünə duran şəxslərin adlarını sadalayarkən Həsrət İsmayılovun da adını çəkir: “Şəmkir icra başçısının 1-ci müavini Tariyel Məmmədov, Şəmkir torpaq şöbəsinin müdiri Rüstəm Rüstəmov, mərkəzi poçtun müdiri Vilayət Cabbarov, şəhər sovetinin sədri Hacımurad Həsənov, gənclər şöbəsinin rəisi Nizami Əhmədov, İcra Hakimiyyətində şöbə müdiri işləyən Vahid Əkbərov, İcra Hakimiyyəti işçisi Mustafa Mustafayev, Şəmkir hərbi komissarı Həsrət İsmayılov, Şəmkir İH-də şöbə müdiri Sultan Məmmədov bir-bir üzümə durdular”.
“Hərbi bilet bazarlığı”
İcra başçısı, Səfər Əbiyevin yaxını və nəhayət Səfərbərlik Xidmətinin qeyri rəsmi kuratoru olan Aslan Aslanovla yaxınlıq H.İsmayılova geniş imkanlar yaradıb. Məhz bu imkanların nəticəsidir ki, Şəmkir rayonu əksər çağırışlarda “xidmətə yararsız”ların sayına görə liderlik edib. Həsrət İsmayılov 15 ildən artıq Şəmkir rayonunda komissar, şöbə rəisi vəzifəsində çalışıb. Mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə təkcə 2012-ci ilin aprel ayından 2014-cü ilin aprel ayınadək Şəmkir şöbəsində xəstəliklə ehtiyata verilmiş çağırışçılar təkrar yoxlanılsa bu şəxsin qanunsuzluqları üzə çıxar. Bu əsnada şöbə rəisinin xeyir-duası ilə saxta hərbi bilet alanlardan bir neçəsinin adını diqqətinizə çatdırırıq:
1. Dostalıyev Anar Fikrət oğlu 23.01.1993-cü il təvəllüdlü
2. Əhmədov Ramil Siliddin oğlu 24.05.1987-ci il təvəllüdlü
3. Quliyev Rəşad Mahir oğlu 29.05.1993-cü il təvəllüdlü
4. Cəfərov Sərxan Məhəmmədoğlu 24.07.1986-cı il təvəllüdlü
5. Quliyev Emin İlham oğlu 05.08.1986-cı il təvəllüdlü
6. Namazov Röyal Fidayıl oğlu 20.08.1988-ci il təvəllüdlü
7. Babayev Sərxan İlham oğlu 11.06.1993-cü il təvəllüdlü
8. Sultanlı Rəşad Siyafəddin oğlu 27.05.1993-cü il təvəllüdlü
9. Qarayev Şahin Elmidar oğlu 04.07.1993-cü il təvəllüdlü
10. Məhərrəmov Tural Qara oğlu 09.01.1980-cı il təvəllüdlü
11. Mehdiyev Arzuman Qara oğlu 09.01.1980-cı il təvəllüdlü
12. Verdiyev Seymur Məhəmməd oğlu 03.12.1987-ci il təvəllüdlü
13. Səfərov İsa Etibar oğlu 21.02.1983-cü il təvəllüdlü
14. Qasımov Rövşən Fidayıl oğlu 25.06.1984-cü il təvəllüdlü
15. Əliyev Hüseyn Əli oğlu 29.07.1992-ci il təvəllüdlü
16. Əliyev Ramil Ələmdar oğlu 10.11.1982-ci il təvəllüdlü
17. Rüstəmov Samir Rəşid oğlu 1983-cü il təvəllüdlü
18. Əhmədov Samir Akif oğlu 05.04.1982-ci il təvəllüdlü
19. Namazov Şahin Namaz oğlu 20.07.1988-ci il təvəllüdlü
20. Ələkbərov Fərqan Mirəli oğlu 24.06.1991-ci il təvəllüdlü
21. Əsgərov Elxan Xəlil oğlu 18.12.1984-cü il təvəllüdlü
Biz bu siyahını havadan yazmırıq. Əgər Arzu Rəhimov və Hərbi Prokurorluğun əməkdaşları istəsələr, siyahı üzrə adları çəkilən “fərarilərin” sənədlərini yenidən qaldırıb hərbi biletlərini araşdıra bilərlər.
Şəmkir ənənəsi Cəlilabadda da davam edir
Əslində A. Aslanovun Səfərbərlik Xidməti üzərindəki kölgəsi götürüldükdən sonra H.İsmayılovun da karyerasına son verilməliydi. Ancaq yuxarıda da qeyd etdiyimiz kimi, A. Aslanov öz kamissarına son borcunu ödəyərək kamissarını lazımi dairələrə tapşıra bildi və bunun nəticəsində polkovnik İsmayılov Səfərbərlik Xidmətində yalnız rayon dəyişməklə vəzifəsini qorudu. Cəlilabad rayonuna təyinat alan H.İsmayılov qısa müddət sonra burda da özünü “tanıtdı”. Onun Cəlilabaddakı fəaliyyəti ilə bağlı cumhuriyyet.az olaraq mediada yer alan yalnız bir neçə faktı diqqətə çatdırmaqla yekunlaşırıq:
2000 rüşvət tələbi və geri qaytarılan xəstə əsgər: “Cəlilabad rayon sakini Elvin Seyfullayevdən, xəstə olmasına baxmayaraq onun hərbi xidmətə yola salacaqları hədəsi ilə Həsrət İsmayılovun adından Nicat və Hafiz adlı işçiləri 2000 manat pul tələb etmişdilər.Vətəndaşın bu məbləği verməyəcəyi təqdirdə onu hərbi xidmətin ön cərgələrindən birinə yola salacaqlarını bildirmişdilər. Bu məqsədlə də hərbi xidmətə yararsız olan Elvin Seyfullayevin hərbi bileti şöbədə(deyilənə görə Həsrət İsmayılovun seyfində) bu günə kimi girov kimi saxlanılmaqdadır.Ümumiyyətlə Həsrət İsmayılov adı respublika ictimaiyyətinə artıq coxdan rüşvətxor məmur kimi tanıdılmaqdadır.Hələ bir müddət əvvəl də Cəlilabad rayon Xəlilabad kənd sakini də bu cür özbaşınalıqlardan bəhs edən bir yazıyla mətbuata üz tutmuşdu.Mahir Məmmədov adlı şəxs oğlunun anadangəlmə gecəgörmə qabiliyyətinin olmadığı halda Həsrət İsmayılov tərəfindən guya tam sağlam olması adı ilə hərbi xidmətə yola salındığını bildirmişdi.Vətəndaşın dediyi kimi o zaman da Həsrət İsmayılov onun oğlunun xəstə çıxması ücün ondan təkrar müayinə adı ilə 2000 manat rüşvət tələb etmişdi.Pulu verə bilmədiyi üçün Naxçıvana hərbi xidmətə yola salınan Mahir Məmmədovun oğlu Yusif Məmmədov bir neçə gün sonra xəstə olduğu üçün geri qaytarılır”.
Bakıya göndəriş üçün 1000 manat: “Cəlilabad rayonu Xəlilabad kənd sakini Məmmədov Mahir Böyükağa oğlu övladının gecə görmə qabiliyyəti olmadığını bildirən şikayətçi, bununla bağlı xəstəlik sənədlərini Hərbi Komissarlığa təqdim edərkən, təhqir olunduqlarını bildirir: “Mənim oğlum Məmmədov Yusifin anadangəlmə gecə görmə qabiliyyəti yoxdur. Ekspertlər də bildiriblər ki, bu elə bir xəstəlikdir ki, heç vaxt müalicəsi mümkün deyil. O xəstəliyin dəqiq elmi adını bilməsəm də (müxtəlif xəstəxanaların verdiyi müvafiq kağızlarda göstərilib), el arasında buna “toyuq xəstəliyi” deyilir. Oğlum gündüzlər görsə də, gecə qətiyyən görmür. Biz onu anadan olandan, ta indiyə kimi gecələr çölə, ayaqyoluna əlindən tutub yanımızda aparıb gətiririk. Həkim kağızlarında da göstərilir ki, oğlumun görmə qabiliyyəti 23-30 faizdir.
Bu il oğlumun əsgərlik yaşı tamam oldu. Mən evdə olmadığımdan həyat yoldaşım və yeznəm uşağı da götürüb Cəlilabad rayon Hərbi Komissarlığına gəlmişlər. Onlar Cəlilabada yeni təyin olunmuş hərbi komissar Həsrət İsmayılovun yanında olmuş, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin verdiyi arayışı və tibbi müayinə kağızlarını komissara təqdim etmişlər. Komissar Həsrət İsmayılov kağızları vərəqləmiş, lakin bundan sonra qeyri-etik, məmura yaraşmayan hərəkətlərə yol vermişdir.
Belə ki, o kağızları həyat yoldaşımın sifətinə çırpmış, qışqırmışdır ki, götürün rədd olun çıxın burdan, mənə bu kağızlar lazım deyil, uşağınız əsgər getməlidir! Yeznəm ona demişdir ki, bu çox ədəbsiz hərəkətdir, əvvəla sən dövlət məmurusan, kağızı qadının sifətinə çırpmazlar”. Mahir Məmmədovun iddasına görə, komissar onlardan rüşvət tələb edib: “Bundan sonra komissar Həsrət İsmayılov bildirmişdir ki, mən nə Zərifə Əliyeva mərkəzinin kağızlarını, nə də sizi hərləmirəm, gedin 1000 manat gətirin, uşağınıza Bakıya göndəriş verim, bilet düzəldin, yoxsa mümkün deyil”
Hərbi biletin 2500 manat qiyməti: “Facebook Cəlilabadım qrupunda yayımlanan Cəlilabad Səfərbərlik və Hərbi xidmətə çağırış şöbəsinin rəisi polkovnik Həsrət İsmayılovdan şikayət məktubunu sizə təqdim edirik:” Bu dəfə Hərbi Komissar, polkovnik Həsrət İsmayılov haqqında qısa yazım. Deməli Həsrət müəllim, vəzifəyə yeni təyin olunduqdan sonra əsgərliyə getməyib, hərbi bilet almaq istəyənlərdən 2500 azn alırdı. Kifayət qədərdə müştərisi var idi, işləri yaxşı gedirdi. Amma Həsrət müəllim bununla kifayətlənmədi. Aprel ayında düşmənlə müharibə getdiyi vaxtlardan etibarən, yaranmış vəziyyətdən Həsrət müəllim ustalıqca istifadə edə bildi. Qiymətləri düz 500 manat qaldırdı. Məndə sual yaranır, müharibə və səfərbərlik başlasa Həsrət müəllim qiymətləri neçəyə qaldıracaq?”
Sonolay.org olaraq yuxarıda qeyd edilənlərlə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və Xidmətin Cəlilabad Rayon Şöbəsinin rəisi Həsrət İsmayılovun da mövqeyini işıqlandırmağa hazırıq.