Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Avro nə vaxta kimi ucuzlaşacaq?

 

Uzun illər ərzində avro ABŞ dollarından daha möhkəm valyuta rolunda çıxış edirdi. Lakin son 20 ildə ilk dəfə olaraq iyulun 12-də bu iki valyutanın məzənnəsi əvvəlcə bərabərləşdi, avqustun 24-də isə ABŞ dollarının məzənnəsi avronun məzənnəsini keçdi. Bəs avronun ucuzlaşmasının əsas səbəbi nədir?

Yenixeber.org: Vahid Avropa valyutasının devalvasiyasının əsas səbəbi beynəlxalq investorların aktivlərini ABŞ dollarına çevirmələridir. Bu proses bir sıra faktorlarla əlaqələndirilir. Belə ki, Avropa Ukraynaya qarşı təcavuzunə görə Rusiyaya qarşı misilsiz sanksiyalar tətbiq edib. Enerji daşıyıcıları sahəsində Rusiyadan asılılığını minimuma endirmək istəyən Avropa ilk növbədə təbii qaz böhranı ilə üzləşib. Belə ki, “mavi yanacağ”ın qiyməti hazırda 1 000 kübmetr üçün 1 800 ABŞ dolları olsa da bir ay əvvəl 3 000 ABŞ dolları civarında idi.

Bununla yanaşı, inflyasiya rekord həddə çatıb. Bunların fonunda Avropa İttifaqının iqtisadi perspektivləri çoxda urəkaçan görünmür. Bu, investorların əhvalına birmənalı şəkildə təsir etsə də əsas faktor deyil. Başlıca səbəb isə ABŞ-ın Mərkəzi Bankı funksiyasını yerinə yetirən Federal Ehtiyatlar Sisteminin (FED) aqresiv pul-kredit siyasətidir. Belə ki, rekord qiymət artımının qarşısını almaq və iqtisadi aktivliyi aşağı salmaq üçün FED bu ilin martından başlayaraq ardıcıl olaraq uçot dərəcəsini artırmağa başlayıb. Artıq uçot dərəcəsi martdakı 0,25-0,5 %-dən 2,25-2,5 %-ə çatdırılıb.

 

FED-in uzun müddət uçot dərəcəsini sıfra yaxın həddə saxlamasından dolayı ABŞ-ın dövlət istiqrazlarının gəlirliliyi aşağı idi. Buna görə də daha gəlirli aktivlər axtarışında olan invetorlar dollarlarını başqa valyutalara, o cümlədən avroya keçirirdilər. Lakin FED-in uçot dərəcəsinin kəskin şəkildə artırması dövlət istiqrazları üzrə gəlirlik səviyyəsinin artmasına gətirib çıxardı və əks proses işə düşdü. Bu cür tendensiya təkcə avro ilə deyil digər aparıcı valyutalarla da bağlı yaşandı. Yaponiyanın milli valyutası olan yenanın məzənnəsi dollar qarşısında 24 ilin minimumuna, Britaniya funt sterlinqinin – 27 ilin minimumuna düşdü. Bu proses özünü daha qabarıq formada son bir neçə ayda göstərsədə təməli hələ keçən ilin sonlarında qoyulub. Artıq ilin sonuna yaxın FED-in sürətlənən inflyasiyanın qarşısını almaq üçün mütləq uçot dərəcəsinin artırılmasına gedəcəyi bəlli idi.

Bu, tənzimləyicinin ritorikasında da sezilirdi. Bu mənada Avropa Mərkəzi Bankı (ECB) inflyasiya çağırışlarına cavabı müəyyən dərəcədə gecikmiş sayıla bilər. ECB 2016-cı ildən bu yana uçot dərəcəsini sıfır həddində saxlayırdı. Ucuz pul siyasətinin əsas məqsədi daha çox borclanmış Avrozona ölkələrinə dövlət borclarını azaldmaq üçün maliyyə imkanlarını sabitləşdirməyə zaman və imkan tanımaq idi. Lakin Avropada cərəyan edən rekord inflyasiya fərqli yanaşma tələb edirdi. Tənzimləyici yalnız iyulun 21-də son 11 ildə ilk dəfə olaraq uçot dərəcəsini 0 %-dən 0,5 % kimi artırmaq qərarı verirdi. Hazırda bu göstərici 1,25 % həddindədir. Proqnozlara görə, bu gün FED uçot dərəcəsinin daha 0,75 faiz bəndi artıraraq 3-3,25 %-ə çatdıracaq. Bu isə ABŞ dollarının investisiyalar üçün cazibədarlığını daha da artıracaq və digər aparıcı valyutalar qarşısında möhkəmlənməsinə gətirib çıxara bilər. ECB-nin indiki halda daha radikal faiz artımına gedəcəyi az inandırıcı görünür. Ona görə bu məsələdə təşəbbüs yaxın perspektivdə FED-in əlində olacaq. Yəni ABŞ-da inflyasiya nəzarətə alınanadək avronun ucuzlaşma ehtimalı qalacaq.

Bəs avronun devalvasiyasının Azərbaycana təsirləri varmı?

Azərbaycanın bu ilin 8 ayı ərzində ixrac etdiyi məhsulların 64,48 %-i Avropa ölkələrinin payına düşüb. İxracın əhəmiyyətli hissəsi neft və neft məhsullarının payına düşür ki, onlar üzrə hesablaşmalar ABŞ dollarında aparılır. Yəni avronun dəyərdən düşməsinin təsirləri minimum səviyyəsindədir.

Digər tərəfdən Azərbaycanın valyuta ehtiyatlarının təxminən 15 %-i avroda saxlanılır. Bu ilin yanvar-iyul aylarında avronun manata nisbətən məzənnəsi 9,8 % aşağı düşüb. Bu isə dövlət ehtiyatlarında manat ifadəsində azalmanın olduğu anlamına gəlir. Lakin ehtiyatların əhəmiyyətli hissəsi ABŞ dollarında yerləşdirdiyindən məzənnə fərqindən yaranan itkilər kompensasiya olunur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam