Redaktor seçimi
Cavid Qurbanovun əmisi oğlu niyə ölkədən qaçıb?! -
Gəncə şəhər stadionunun tikintisi mərhum nazirin oğlunun iş ortağına tapşırılıb -
Ağsuda dövlətin pulu küçələrin işıqlandırılması adı ilə “qaranlığa qərq olur” –
“Samur” Gömrük Terminalındakı Rüfət Qəhrəmanov kimdi? — Şahin Bağırovun adamı yoxsa… /
Bakı Dövlət Universitetində korrupsiya faktları aşkarlandı -
Sahil Babayevin gücü qarşısında Qanunlarımız və İcra Mexanizmi aciz qalıb -
Qusarçay Saleh Məmmədovun Daş Karxanasında belə “buxarlanır” –
Məzahir Pənahov dövlətin pulunu necə xərcləyir?:
Günün xəbəri

Təbii qaz qiymətləri niyə artır? –Analitik təhlil

Təbii qaz qiymətləri niyə artır? – Analitik təhlil

Son dövrlərdə qlobal enerji bazarlarında kəskin dalğalanmalar müşahidə edilir.

Yenixeber.org: Avropa və Asiya bazarlarını cənginə alan böhran, Şimali Amerika ölkələrində də özünü göstərməyə başlayıb. Son 1 ay ərzində Avropada bençmark olaraq qəbul edilən Niderlandın TTF habında qazın 1 000 kubmetrinin qiyməti 168 %, oktyabr ayının 5-də isə 40 % artaraq 1 970 ABŞ dollara yüksəlib.

Analoji hadisə Uzaq Şərq bazarlarında da müşahidə edilib. Belə ki, Asiya ölkələri üçün bençmark olaraq qəbul edilən JKM (Japan-Korea-Marker) birjasında 1 000 kubmetr üçün qiymətlər 1 990 ABŞ dollarını keçib. Başqa sözlə, təbii qazın qiyməti neft ekvivalentində 320 ABŞ dolları/barrel səviyyəsindən ticarət edilib.

Qeyd edək ki, ötən ilin müvafiq dövründə təbii qaz Avropada 140 ABŞ dollarından aşağı səviyyədə ticarət edilirdi. Yəni, ötən 1 il ərzində qiymətlər 14 dəfə, 2020-ci ilin may ayından etibarən isə 46 dəfə artıb.

Mənbə:Argus Media

Təbii qazın bahalaşması Avropada elektrik qiymətlərinə təsir edib

Təbii qaz qiymətlərinin kəskin artımı Avropada elektrik qiymətlərinin də, tarixdə ən yüksək həddə yüksəlməsinə təkan verib. Belə ki, Avropada elektrik enerjisi istehsalının 22 %-i təbii qazın payına düşür. “Bloomberg”in məlumatına görə, Almaniyada elektrik enerjisinin qiyməti bir meqavat/saat üzrə 302,5 avro, İspaniyada isə 288 avro səviyyəsinə yüksəlib.

Müqayisə üçün qeyd edək ki, İspaniyadakı qiymətlər 2010-2020-ci illərin orta qiymət göstəricisindən 550 % çoxdur.

Avropada fərqli ölkələr üzrə elektrik enerjisinin qiyməti (Avro/MVS)

Elektrik qiymətlərinin kəskin artması Avropa və Asiya ölkələrində bir çox müəssisələrin fəaliyyətini məhdudlaşdırıb. Hətta, dünyanın ən böyük ikinci iqtisadiyyatı olan Çində bəzi fabriklər istehsalatı dayandırıb. Nəticədə, son 18 ayda ilk dəfə olaraq, Çinin istehsal həcmində azalma qeydə alınıb.

Böyük Britaniyada isə yanacaqdoldurma məntəqələrində böyük izdihamlar müşahidə edilib. Bu səbəbdən, hökumət şiddət hadisələrinin qarşısını almaq məqsədilə orduya çağırış edib. Beləliklə, enerji böhranı sentyabr ayında avrozonada istehlakçı qiymət infylasiyasının 3,4 %-ə yüksəlməsinə səbəb olub ki, bu, son 13 ilin ən yüksək inflyasiya göstəricisidir.

Qeyd edək ki, bu göstərici avqust ayında 10 % təşkil edirdi. Proqnozlar göstərir ki, ilin sonuna qədər Avropada inflyasiya həddi 4 %-ə qədər yüksələ bilər.

Dünya 30 il sonra da bütün enerji mənbələrinə möhtac olacaq

Demokratiyanın Müdafiəsi Fondunun Cənubi Qafqaz, Xəzər dənizi və Qara dəniz regionu üzrə Enerji məsələləri üzrə baş məsləhətçisi Brenda Şafferin sözlərinə görə, bu il təbii qaza tələbat 2018-ci ildəki qədər olacağı proqnozlaşdırılır: "Lakin daxili tədarükün azalması Avropanın qaz idxalına olan tələbatının demək olar ki, beşdə birindən çox olduğu anlamına gəlir".

O xatırladıb ki, Rusiyanın “Qazprom” şirkəti təbii qaz ixracı üçün 2021-ci il qiymət proqnozunu artırıb: “Eyni zamanda, Avropanın enerji böhranı pisləşdikcə tədarük edə biləcəyi həcmlə bağlı xəbərdarlıq da edib".

Ekspertin fikrincə, yaz aylarında milyonlarla ev təsərrüfatları üçün enerji ödənişləri 400 funt sterlinq artacaq: “Enerji daşıyıcıları qiymətlərinin yüksəlməsi yoxsullara qeyri-mütənasib şəkildə təsir edir. Çünki enerji ev büdcəsinin daha böyük bir hissəsidir və tələbi geri qaytarmaq üçün çox az çeviklik var. ABŞ və Avropa siyasətçiləri enerji böhranını təbii qazla müqayisədə bərpa olunan enerji mənbələri üzərində müzakirəyə çevirməyə davam edirlər. Bu, bərpa olunan enerji mənbələrinin təbii mənbələrdən və qazdan asılı olduğunu əsas anlayışın olmasını göstərir. Sabit bir elektrik şəbəkəsi üçün və ehtiyat olaraq qaz lazımdır”.

Enerji bazarları üzrə mütəxəssisi Anas Alhaji isə bildirib ki, 2050-ci ildən sonra da dünyada neftə olan tələbat artmağa davam edəcək: “Çünki bərpa olunan enerji mənbələrinin üzvi yanacaqları tamamilə əvəz edə bilməyəcək. İqlim dəyişikliyi siyasətinin neft tələbatına təsiri çox şişirdilib. Bu təsir eyni zamanda həm də əsasən tələbatın artımına təsir edir, tələbatın özünə deyil.

Ekspertin sözlərinə görə, dünyanın otuz il sonra da bütün enerji mənbələrinə ehtiyacı olacaq. O qeyd edib ki, texnologiya enerjiyə keçiddə əsas aparıcı faktor olsa da, onun öz məhdudiyyətləri mövcuddur.

Qazın qiymətlərini artıran faktorlar

Təbii ki, ilk olaraq sual yaranır ki, Avropada təbii qaz qiymətlərinin kəskin artımına təsir göstərən faktorlar nələrdir?

Bildiyiniz kimi, 2020-ci il dünya iqtisadiyyatı üçün çox ağır bir il kimi yadda qalıb. Qlobal miqyasda tətbiq edilən sərt karantin tədbirləri qlobal iqtisadi aktivliyi əhəmiyyətli dərəcədə azaldıb. Beynəlxalq Valyuta Fondunun (IMF) hesablamalarına görə, ötən il qlobal Ümumi Daxili Məhsulun (ÜDM) həcmi 3,5 % azalıb. Ötən il ən böyük zərər çəkən sektorlardan biri də enerji sektoru olub və qlobal miqyasda enerji istehlakı 5 %, təbii qaz istehlakında isə 1,9 % azalma qeydə alınıb. Xüsusilə, sənaye müəssisələrinin fəaliyyətininin məhdudlaşdırılması elektrik enerjisinin istehlakını əhəmiyyətli dərəcədə azaldıb. Nəticədə, bazarda təchizat bolluğu yaranıb və yeraltı qaz anbarlarının həcmi artıb.

Ancaq, 2021-ci ilin əvvələrindən etibarən dünyada peyvəndləmə proseslərinin sürətlənməsi və bunun nəticəsi olaraq sənaye və iaşə müəssələrinin fəaliyyətlərini bərpa etməsi, habelə ABŞ və Avropa ölkələri başda olmaqla, dünyanın müxtəlif ölkələrində pandemiya ilə mübarizə çərçivəsində hökumətlər tərəfindən iqtisadi təşviq paketlərinin həyata keçirilməsi, qlobal iqtisadi aktivliyin gözləntilərdən daha sürətli canlanmasına gətirib çıxardı. IMF-in proqnozuna görə, 2021-ci ildə qlobal iqtisadi artım 6 % təşkil edəcək. İqtisadi aktivliyin yüksəlməsi isə, öz növbəsində, təbii qaza olan tələbatı artırdı. Qeyd edək ki, təbii qaz elektrik enerjisinin istehsalı ilə yanaşı, eyni zamanda sənayedə xam mal kimi də istifadə edilir.

Həmçinin, 2021-ci ildə qış Avropa, Asiya və Şimali Amerikada çox sərt keçib. Qışın sərt keçməsi yeraltı qaz anbarlarında təbii qaz həcmlərinin daha sürətlə azalmasına gətirib çıxarıb. Əlavə olaraq, yay fəslində temperaturun nisbətən yüksək olması elektrik enerjisinə olan tələbatı daha da artırıb. Bu da, öz növbəsində, təbii qaz tələbatının artımını şərtləndirib. Nəticəcədə, yeraltı qaz anbarlarının doluluq səviyyəsi kəskin aşağı düşüb.

“Reuters” agentliyinin məlumatına görə, sentyabr ayının sonuna qədər Avropada yeraltı qaz anbarlarının doluluq səviyyəsi sadəcə 72 % təşkil edib ki, bu göstərici ötən ilin müvafiq dövründə 94 % olub. Anbarların son 10 idə ortalama doluluq səviyyəsi isə 85 % təşkil edib.

Dünyada qaz hasilatı və nəqletməsi azalıb

Bu ilin ilk ayında Avropada ( Aİ+Böyük Britaniya) təbii qaz hasilatı 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 24 % və ya 12,5 milyard kubmetr azalıb. Bu tendensiyanın növbəti aylarda da davam edəcəyi gözlənilir. Belə ki, Avropanın ən böyük təbii qaz yatağı olan “Groningen” yatağında hasilatın gələn il tamamən dayanacağı proqnozlaşdırılır.

Eyni zamanda, Avropanın Rusiyadan idxal etdiyi təbii qaz həcmlərində kəskin azalma qeydə alınıb. Belə ki, bu ilin yanvar-avqust ayları ərzində Rusiya tərəfindən Avropaya 99 milyard kubmetr təbii qaz ixrac edilib ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 19,3 milyard kubmetr azdır.

Ən böyük azalma isə Avropaya Ukrayna üzərindən tranzit olunan qaz həcmlərində qeydə alınıb. Bu çərçivədə, cari ilin ilk 8 ayında Ukrayna vasitəsilə Avropaya sadəcə 26,1 milyard kubmetr qaz təchiz edilib ki, bu, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 27,1 milyard kubmetr və ya 51 % daha azdır.

Bununla bərabər, pandemiya dövründə bəzi ölkələr təbii qaz qurğularında təmir-baxım işlərini həyata keçirə bilməmişdi. Ona görə, Norveç başda olmaqla Avropaya qaz ixrac edən ölkələrin əksəriyyəti 2021-ci ilin yay aylarında təmir və baxım işlərinə başladı. Bu isə öz növbəsində, Avropaya qaz təchizatının azalmasına gətirib çıxarıb. Məsələn, Norveçin qaz ixracı 2021-ci ilin ilk 8 ayında 2019-cu ilin analoji dövrü ilə müqayisədə 3,1 milyard kubmetr azalıb. Pandemiya dövründə neft və qaz qiymətləri kəskin azaldığı üçün neft/qaz şirkətləri dərin böhranla qarşı-qarşıya qalmışdı. Bu səbəbdən, neft/qaz sektoruna qoyulan investisiyalar ötən 18 ay ərzində kəskin azalıb. Belə ki, ABŞ başda olmaqla dünyanın ən böyük neft/qaz şirkətləri qazma əməliyyatlarını əhəmiyyətli dərəcədə azaldıb. Digər tərəfdən, şist neft hasilatında azalma qeydə alındığına görə, ABŞ-da təbii qaz hasilatı da azalıb. Çünki, ABŞ-da səmt qazı əsasən 5 bölgədə (“Permian”, “Bakken”, “Eagle Ford”, “Niobrara” və “Anadarko”) neftlə bərabər hasil edilir. Beləliklə, 2016-cı ildən etibarən ilk dəfə 2020-ci ildə ölkədə səmt qazı hasilatı 1,5 % azalıb.

Enerji böhranı öz növbəsində, Avropa və Asiya bazarları arasındakı rəqabəti də kəskin artırıb. Çin, Yaponiya, Koreya və Tayvan kimi sürətlə böyüyən bazarlar Avropanın ənənəvi mayeləşdirilmiş təbii qaz (LNG) təchizatçıları üçün daha cəlbedici bazarlara çevrilib. Bu çərçivədə, 2021-ci ilin ilk 8 ayında Yaponiya, Cənubi Koreya və Tayvanın LNG idxalı 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 7 % və ya 9 milyard kubmetr, Çinin LNG idxalı isə 30 % və ya 17 milyard kubmetr artıb.

Bu çərçivədə, Çində hökumət ölkənin ən böyük dövlət şirkətlərinə, nəyin bahasına olursa olsun, qış üçün enerji təchizatının təmin edilməsi ilə bağlı tapşırıq verib. Bu səbəbdən, Çin təbii qaz təchizatının təmini ilə bağlı daha aqressiv siyasət izləyir. Beləliklə, bazara çıxarılan LNG tenderlərinin qalibi, əsasən, Şərqi-Asiya ölkələri olur. Digər tərəfdən, Çin Rusiyadan “Sibirin Gücü” boru kəməri vasitəsilə aldığı qaz həcmlərini də kəskin artırıb. 2019-cu ildə boru kəməri vasitəsilə sadəcə 0,3 milyard kubmetr qaz idxal edən Çin, bu rəqəmi 2020-ci ildə 4,1 milyard kubmetrə, 2021-ci ilin birinci yarısında isə 4,6 milyard kubmetrə yüksəldib. Nəticə olaraq, 2021-ci ilin ilk ayında Avropanın LNG idxalı 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə təqribən 8 milyard kubmetr azalıb.

Nəticə olaraq, bir tərəfdən qlobal miqyasda iqtisadi aktivliyin gözləniləndən daha sürətlə yüksəlməsi, yaşıl enerjiyə keçid strategiyası çərçivəsində təbii qazın əhəmiyyətinin daha da artması, qışın sərt, yayın nisbətən quraq keçməsi, külək və hidro enerjinin qeyri-rentabelli işləməsi, digər tərəfdən isə qlobal miqyasda təbii qaz təchizatının azalması, Avropaya idxal edilən təbii qaz həcmlərinin, habelə hasilatın azalması Avropa bazarında qeyri-tarazlığı artıraraq qiymətlərin ani yüksəlməsinə səbəb olub. Nəzərə alsaq ki, anbarlara qaz vurma mövsümü demək olar ki, tamamlanıb və növbəti günlərdə havalar daha da soyuyacaq, deməli növbəti günlərdə qiymətlər daha da yuxarı səviyyələrə qalxa bilər.

Dünyada və Azərbaycandakı təbii qaz qiymətləri

Bu gün Azərbaycanda təbii qazın qiymətləri region və Avropa ölkələri ilə müqayisədə ucuzdur. Misal üçün, ölkəmizdə əhali qrupuna aid abonentlərə 1 200 kubmetrə kimi istifadə etdiyi hər kubmetr qaz 0,10 manatdan hesablanır. İllik qaz istehlakı 1 200 kubmetrdən çox olan əhali 1 kubmetr üçün 0,20 manat, 2 500 kubmetrdən çox olanlar isə 0,25 manat ödəyirlər. Bu da, il ərzində 1 200 kubmetr qaz işlədənlər abonentlərin 51 %-ini təşkil edir.

Bununla da əhali qrupuna aid abonentlər 1 200 kubmetrə kimi istifadə etdiyi halda qazın min kubmetri illik 58,82 ABŞ dollarına, illik qaz istehlakı 1 200 kubmetrdən çox olan əhali üçün hər 1 000 kubmetri 117,65 ABŞ dollarına, illik 2 500 kubmetrdən çox təbii qaz istehlak edən abunəçilər üçün 1 000 kubmetri 147,06 ABŞ dollarına başa gəlmiş olur.

Azərbaycan təbii qazının əsas alıcıları olan qonşu Gürcüstan və qardaş Türkiyədə isə təbii qazın qiyməti bizdəkindən yüksəkdir. Belə ki, Gürcüstanda əhali qrupuna aid abonentlər hər bir kubmetr üçün 0,29 manat, Türkiyədə isə 0,38 manat təşkil edir. Bununla da Gürcüstanda əhali qrupu üçün hər 1 000 kubmetr təbii qaz 172,25 ABŞ dollarına, Türkiyədə isə - 172,25 ABŞ dollarına başa gəlir.

Cədvəl 1. Region ölkələrində əhaliyə təbii qazın satış qiymətləri

Ölkələr

Kub.m/AZN

Orta əməkhaqqına düşən qaz həcmi, kub.m

1000 kub.m qazın qiyməti, dollar

  1.  

Azərbaycan

1-1200 kub.m – 0.1

1200-2500 kub.m – 0.2

2500+ kub.m – 0.25

7250

3625

2900

58.82

117.65

147.06

  1.  

Türkiyə

0.38

2455

215

  1.  

Rusiya

0.096

6846

89

  1.  

Ukrayna

0.69

1040

391

  1.  

Belarus

0.26

3266

147

  1.  

Gürcüstan

0.29

2326

172.25

  1.  

İran

0.018

42654

10.55

  1.  

Qazaxıstan

0.095

7504

58

  1.  

Özbəkistan

0.06

7417

35.3

  1.  

Türkmənistan

0.0078

83260

4.6

  1.  

Qırğızıstan

0.36

1250

211.8


Cədvəl 2. Avropa ölkələrində əhaliyə təbii qazın satış qiymətləri

Ölkələr

Kub.m/AZN

Orta əməkhaqqına düşən qaz həcmi, kub.m

1000 kub.m qazın qiyməti, dollar

  1.  

Almaniya

1.37

4132

783

  1.  

Avstriya

1.45

4022

829

  1.  

Belçika

1.09

4745

630

  1.  

Bolqarıstan

0.76

1834

440

  1.  

Bosniya və Herseqovina

0.76

1365

439

  1.  

Böyük Britaniya

1.07

6196

609

  1.  

Macarıstan

0.69

2437

398

  1.  

Yunanıstan

1.14

2450

654

  1.  

Danimarka

1.66

4096

945

  1.  

İrlandiya

1.54

4024

887

  1.  

İspaniya

1.97

1920

1124

  1.  

İtaliya

1.97

1924

1134

  1.  

Latviya

0.62

2679

354

  1.  

Litva

0.66

2873

373

  1.  

Lüksemburq

0.81

9058

463

  1.  

Moldova

0.54

1316

306

  1.  

Hollandiya

2.23

3113

1276

  1.  

Norveç

  1.  

Polşa

0.92

1983

525

  1.  

Portuqaliya

1.73

1454

989

  1.  

Rumıniya

0.69

2124

399

  1.  

Serbiya

0.76

1434

438

  1.  

Slovakiya

1.07

1693

606

  1.  

Sloveniya

1.21

1981

694

  1.  

Fransa

1.66

2973

950

  1.  

Xorvatiya

0.83

2304

481

  1.  

Çexiya

1.28

1638

736

  1.  

İsveç

2.39

2550

1376

  1.  

Estoniya

0.90

2746

520

Mənbə: 

https://svspb.net/novosti/stoimosti-gaza/

Qiymət artımı Azərbaycan üçün fürsətlər yaradır

Dünya bazarlaında qazın qiymətinin artımı, öz növbəsində, Azərbaycan üçün də fürsətlər yaradır. Belə ki, qaz qiymətlərinin artması, elektrik enerjisinin istehsalında neftin payını artırdığına görə, neft qiymətləri də buna paralel olaraq artır. Neft qiymətlərinin artması isə həm Azərbaycanın neft-qaz gəlirlərinin, həm də xarici valyuta ehtiyatlarının artmasına imkan yaradır.

Belə ki, Azərbaycanın uzunmüddətli qaz müqavilərlərində baza olaraq neft və qaz qiymətləri götürülüb. Başqa sözlə, neft və qaz qiymətlərinin artması Azərbaycanın təbii qaz gəlirlərinin də artımını şərtləndirir. Digər tərəfdən, mövcud şəraitdə Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) əhəmiyyəti Avropa nəzdində daha da artmaqdadır. Bu isə, öz növbəsində TAP boru kəmərinin ikinci mərhələsinin (ötürmə gücünün 20 milyard kubmetrə çatdırılması) reallaşdırılmasını daha da sürətləndirə bilər. Bu da yeni yataqların işlənməsi ilə bağlı müqavilələrin imzalanmasına təkan verə bilər. Beləliklə, Azərbayca daha əlverişli şərtlərlə yeni müqavilələr imzalayaraq öz ixrac potensialını əhəmiyyətli dərəcədə artıra bilər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam