Vətən müharibəsinin Ermənistan iqtisadiyyatına təsiri:Böhran dərinləşir
Ermənistanda iqtisadi vəziyyət pisləşməkdə davam edir. İl ərzində pandemiyanın yaratdığı iqtisadi problemlər və daha sonra İkinci Qarabağ Müharibəsinin Ermənistan iqtisadiyyatına vurduğu zərər iqtisadi vəziyyətin pisləşməsi üçün şərait yaradır.
Yenixeber.org: Eyni zamanda müharibədən sonra Ermənistanda yaranmış siyasi böhran da səmərəli iqtisadi siyasətin aparılmasına mane olur, iqtisadi problemlərin həllinə imkan yaratmır və iqtisadi subyektlər siyasi böhranın necə bitəcəyini gözləyirlər.
Post-müharibə dövrünün ilkin mərhələsində Ermənistanda formalaşmış durğunluq və çaşqınlıq iqtisadi göstəricilərin əsaslı şəkildə pisləşməsinə imkan vermirdi. Artıq ilk mərhələ sona yaxınlaşdığından iqtisadi göstəricilərin pisləşməsi prosesi başlamışdır və bu prosesin gələn il daha sürətlə gedəcəkdir.
İqtisadi göstəricilərin pisləşməsinin gec başlamasının digər səbəbi isə pandemiya ilə əlaqədar olaraq iqtisadi aktivliyin kəskin azalması idi. İqtisadi subyektlərin fəaliyyət imkanlarının daralması onların müharibənin yaratdığı iqtisadi problemlərə adekvat və cəld rekasiya verməyə imkan yaratmır. Ona görə də zaman keçdikcə iqtisadi subyektlərin mövcud iqtisadi problemlərə reksiyası özünü tam olaraq göstərəcəkdir və bu proses ölkədən valyuta axını meyllərinin artması, maliyyə resurslarının çatışmazlığı, xarici borcun artması, xarici valyuta ehtiyatlarının azalması kimi iqtisadi problemlər müşayiət olunacaqdır. Bu problemlərin əlamətləri artıq görünməyə başlamışdır. Bu özünü istər iqtisadi göstəricilərdə baş verən dəyişikliklərdə, istərsə də hökumətin iqtisadi sahədə verdiyi qərarlarda özünü göstərməkdədir. Ona görə də bir sıra iqtisadi göstəricilər üzrə vəziyyəti nəzərdən keçirək.
Qiymət artımı
Ermənistanda iqtisadiyyat ilə bağlı ən çox müzakirə edilən məsələlərdən biri də qiymət artımıdır (inflyasiya). Son aylarda iqtisadi vəziyyətin daha da pisləşməsi inflyasiya ehtimallarını əhəmiyyətli sürətdə artırsa da gözləntilərin əksinə olaraq qiymətlərin azalması (deflyasiya) müşahidə edilirdi. Belə ki, avqust ayında aylıq inflyasiya mənfi 0.1%, sentyabrda mənfi 0.2%, oktyabrda isə mənfi 0.5% səviyyəsində olmuşdur. Deflyasiyanın yaranmasının əsas səbəbi isə iqtisadi aktivliyin kəskin azalması və bunun nəticəsində də əhalinin müxtəlif xidmət və məhsullara olan tələbatının kəskin məhdudlaşması idi. Tələbatın azalmasına baxmayaraq məhsul çatışmazlığının qarşısını almaq üçün dövlət əsas məhsulların istehsalını yüksək səviyyədə saxlamağa çalışırdı. Ona görə də təklif tələbi üstələdiyindən deflyasiya baş verirdi.
Tərəfimizdən aparılan təhlillər onu göstərirdi ki, bu vəziyyət uzun müddət davam edə bilməz və post-müharibə dövründə Ermənistanda inflyasiyanın sürətlənməsi baş verməlidir. Buna müharibədən sonra yaranmış vəziyyətlə əlaqədar olaraq istehsalın azalması, sahibkarlıq fəaliyyətinin kəskin daralması, siyasi-iqtisadi vəziyyətin istehsalçılara və istehlakçılara psixoloji təsiri kimi amillərin səbəb olacağı gözlənilirdi. Noyabr ayından etibarən bu gözləntilər özünü doğrultmağa başladı. Belə ki, noyabr ayında Ermənistanda 1.3% inflyasiya qeydə alındı. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 0.2% daha çoxdur.
Ermənistanda qiymət artımı illik ifadədə də sürətlənməyə başlamışdır. Belə ki, oktyabrda son 12 ayın inflyasiya göstəricisi 1.3%, noyabrda 1.6% olmuşdur və dekabrın sonuna bu göstəricisinin 2.5%-ə çatacağı gözlənilir. Ermənistanda müşahidə edilən qiymət artımına eyni zamanda milli valyutanın ucuzlaşması da öz təsirini göstərmişdir. Noyabrda ümumi qiymət artımına ən çox təsir edən amillər ərzaq məhsullarının qiymətinin 2.6%, qeyri-ərzaq məhsullarının qiymətinin 0.6% və xidmət tariflərinin 0.1% artması olmuşdur. İllik ifadədə isə ərzaq məhsullarının qiyməti noyabrda ərzaq məhsulları 1.7%, qeyri-ərzaq məhsulları 1%, xidmət tarifləri isə 1.5% bahalaşmışdır. Ərzaq məhsullarının aylıq ifadədə qiymət artımının illik ifadədə qiymət artımını üstələməsi onu göstərir ki, inflyasiya sürətlənməkdədir.
Ən yüksək qiymət artımının məhz ərzaq məhsullarında müşahidə edilməsi isə sosial narazılığın artması üçün əsas yaradır. Əgər Ermənistan hökuməti ərzaq məhsullarının qiymət artımının qarşısını ala bilməsə bu əhalinin sosial vəziyyətinin daha da pisləşməsinə və gələcəkdə sosial baxımdan narazı kütlənin sayının artmasına səbəb olacaqdır.
Ermənistanda ərzaq məhsullarının qiymətinin artımına İkinci Qarabağ Müharibəsinin təsiri də böyükdür. Ona görə ki, Ermənistanda ərzaq sənayesinin inkişafında işğal edilmiş torpaqlardan əldə edilmiş xammalın rolu böyük idi. Ermənistanın bu ərazilərdən məhrum olması isə ərzaq sənayesinin inkişafına əhəmiyyətli sürətdə təsir edəcəkdir. Noyabrda ərzaq məhsullarının qiymətinin artımı da bu prosesin başladığını göstərir.
Nümunə üçün taxıl istehsalını göstərə bilərik. Azərbaycanın işğal edilmiş torpaqları azad etməsi nəticəsində Ermənistan taxıl istehsalının 47.3%-dən (illik 90 min ton) məhrum olmuşdur. Bu isə Ermənistanda gündəlik istehlakda böyük paya sahib olan un məhsullarının istehsalı imkanlarının azalması və nəticədə qiymətlərin qalxması deməkdir. Eyni zamanda işğal edilmiş torpaqların azad edilməsi Ermənistanda digər kənd təsərrüfatı məhsullarının çatışmazlığına da səbəb olacaqdır. Çünki böyük həcmdə kənd təsərrüfatı məhsulları işğal edilmiş torpaqlardan Ermənistana gətirilirdi. Ermənistanın bu məhsullardan məhrum olması yerli istehsal imkanları məhdud olduğundan həmin məhsulları xaricdən idxal edilməsinə gətirib çıxarır. Bu isə sözsüz ki, qiymət artımına yol açır və bu proses gələcəkdə daha sürətlə davam edəcəkdir.
Ermənistanda inflyasiya risklərinin artdığını göstərən amillərdən biri də hökumətin artıq bunun qarşısını almaq üçün tədbirlər görməyə başlamasıdır. Belə ki, noyabrda Ermənistanın Mərkəzi Bankı yenidən maliyyələşmə üçün təyin edilən faiz dərəcəsini 1% artıraraq 5.25% səviyyəsinə çatdırmışdır. Ermənistanın Mərkəzi Bankının rəhbəri qiymət artımı ilə bağlı fikirlərini bildirərkən qeyd etmişdir ki, noyabrda qeydə alınmış inflyasiya göstəricisi 2020-ci il üçün müəyyən edilmiş 4% (± 1.5%)-lik hədəf göstəricisindən azdır. Onun fikrincə, ilin sonuna inflyasiya göstəricisi proqnozlaşdırılan dəhlizin ən aşağı səviyyəsinə çatacaqdır.
Mərkəzi Bankın rəhbəri nikbin danışaraq sürətli qiymət artımının baş verməyəcəyini demək istəsə də yenidən maliyyələşmə dərəcəsinin artırılması onu göstərir ki, hökumət qiymət artımını gözləyir. Son beş ildə Ermənistanda hökumət kreditləşməni və investisiyaları təşviq etmək məqsədilə yenidən maliyyələşmə üçün müəyyən edilən faiz dərəcəsini tədricən azaltmışdır. Təkcə 2020-ci ildə sonuncu artımdan əvvəl yenidən maliyyələşmə üçün faiz dərəcəsi 4 dəfə azaldılmışdı. Belə ki, martda 0.25%, apreldə 0.25%, iyunda 0.5% və sentyabrın 15-də isə yenidən 0.25% azalma baş vermişdi. Ümumilikdə, il ərzində yenidən maliyyələşmə üçün faiz dərəcəsi 5.5%-dən 4.25%-ə qədər azaldılmışdı. Bunun əsas səbəbi isə pandemiya ilə əlaqədar iqtisadi aktivliyin zəifləməsi və iqtisadi vəziyyətin gərginləşməsi idi.
Yenidən maliyyələşmə dərəcələrini azaltmaqla hökumət iqtisadi aktivliyi stimullaşdırmağa çalışırdı. Ona görə də beş ildən sonra hökumətin faiz dərəcəsini artırması onu deməyə əsas verir ki, əsaslı qiymət artımı ehtimalları var və dövlət də bunun qarşısını almağa çalışır. Lakin, onu da qeyd etmək yerinə düşər ki, faiz dərəcəsinin artırılması qiymət artımının qarşısını almağa imkan versə də iqtisadiyyatın maliyyələşmə imkanlarını məhdudlaşdıracaqdır. Hazırkı iqtisadi vəziyyətdə isə onsuz da zəif olan iqtisadi aktivliyi bərpa etmək üçün iqtisadiyyatın maliyyələşdirilməsi də Ermənistan üçün vacibdir. Lakin, istər qiymət artımının qarşısının alınmasının vacibliyi, istərsə də iqtisadiyyatı dəstəkləmək üçün Ermənistanın kifayət qədər maliyyə resursuna malik olmaması onu faiz dərəclərini azaltmağa məcbur edir.
Valyuta məzənnəsi
Qiymət artımı kimi Ermənistanın milli valyutasının (dram) ucuzlaşması prosesi də sürətlənməkdədir. Bundan əvvəl müharibə dövründə gözləntilərin əksinə olaraq dramın kəskin şəkildə deyil, aşağı sürətlə ucuzlaşması prosesi baş verirdi. Belə ki, sentyabrın 28-dən noyabrın 9-na qədər dram ABŞ dollarına (bundan sonra dollar) qarşı 1.66% səviyyəsində ucuzlaşdı. Ucuzlaşmanın zəif şəkildə getməsinin əsas səbəbi isə pandemiya ilə əlaqədar olan qadağalar nəticəsində ölkədən valyuta axının baş verməməsi, ölkədə hökm sürən zəif iqtisadi aktivlik və müharibənin tam olaraq iqtisadiyyata təsir etməməsi idi. Buna baxmayaraq iqtisadi və siyasi vəziyyət daha da pisləşdikcə Ermənistanda milli valyutanın ucuzlaşmasının sürətlənəcəyi gözlənilirdi. Artıq bu istiqamətdə formalaşmış gözləntilər özünü doğrultmağa başlamışdır. Əgər dram dollara qarşı oktyabr ayında 1%, noyabr ayında 2.5% ucuzlaşmışdısa, dekabrın ilk 25 günündə ucuzlaşma artıq 3% səviyyəsinə çatmışdır. Bunun nəticəsidir ki, artıq noyabrın 19-da dram 1dollar=500dram psixoloji baryerini aşmışdır. Dram müharibənin dayandığı 9 noyabr tarixindən dekabrın 25-nə qədər isə 5.8% ucuzlaşmışdır.
Valyutanın ucuzlaşmasının sürətlənməsinə təsir edən əsas amillərə isə Ermənistanda hökm sürən siyasi böhran, əhalidə psixoloji təzyiqlərin artması, xarici valyuta ehtiyatları üzərində təzyiqlərin artması, müharibə və pandemiya ilə əlaqədar olaraq yaranan əlavə maliyyə yükünün iqtisadiyyata təsir etməsi aiddir.
Göründüyü kimi, dramın ucuzlaşması prosesi zaman keçdikcə daha da sürətlənir və bu proses iqtisadi böhran daha da dərinləşdikcə sürətlənəcəkdir. Uzunmüddətli perspektivdə Ermənistanın bu prosesin qarşısını almaq üçün kifayət qədər maliyyə resursu yoxdur. Xarici valyuta ehtiyatlarının böyük hissəsini isə valyutanın qorunması üçün sərf etmək digər maliyyə problemlərinin yaranmasına yol aça bilər. Ona görə də siyasi böhranın davam etməsi, əhali arasında qeyri-müəyyənliyin mövcud olması, iqtisadi və sosial problemlərin artması və Ermənistan hökumətinin bu ucuzlaşmanın qarşısını almaq imkanlarının məhdud olması onu deməyə əsas verir ki, qarşıdan gələn aylarda biz dramın daha sürətli ucuzlaşmasının şahidi olacağıq.
Valyutanın ucuzlaşması ilə bağlı diqqət çəkən əsas məqamlardan biri ondan ibarətdir ki, ucuzlaşma qiymət artımına birbaşa təsir edir. Ermənistan iqtisadiyyatının idxalyönümlü iqtisadiyyat olması, yəni idxalın həcminin hər zaman ixracdan üstün olması valyutanın ucuzlaşmasının inflyasiyaya birbaşa təsir etməsinə imkan yaradır. Yəni dram ucuzlaşdıqca idxal edilən məhsulların qiyməti dram ifadəsində artmağa başlayır. Bütün istehsal sahələrinin müəyyən səviyyədə idxal edilən məhsullardan asılı olması isə dramın ucuzlaşmasının qiymət artımına təsirinin əhatəliliyini genişləndirir.
Nümunə üçün deyə bilərik ki, Ermənistanda quşçuluq sənayesində istifadə edilən yemlərin daha çox xaricdən idxal edilməsi quşçuluq məhsullarının o cümlədən yumurtanın qiymətinin artmasına səbəb olur. İşğaldan azad edilmiş torpaqların əldən çıxması isə Ermənistanın idxalı daha da artırmasına səbəb olur ki, bu da valyutanın ucuzlaşmasının qiymət artımı üzərində təsirini daha da artırır. Ona görə də valyutanın ucuzlaşmasının özü də qiymət artıran amillərdən biri kimi çıxış edir və nəticədə həm inflyasiya, həm də valyutanın ucuzlaşması paralel şəkildə davam edir.
Nəticə
Ermənistanda istər qiymət artımı, istərsə də valyutanın ucuzlaşması prosesləri sürətlənməkdədir. Siyasi böhranın davam etməsi, zaman keçdikcə iqtisadi problemlərin özünü daha qabarıq şəkildə göstərməsi və əhali arasında qeyri-müəyyənliyin artması isə bu proseslərin sürətlənməsinə imkan yaradır. Hər iki prosesin paralel getməsi Ermənistan hökumətini dilemma qarşısında qoyur. Ona görə ki, bir tərəfdən inflyasiyanın qarşısını almaq üçün hökumət yenidən maliyyələşmə faizlərini artıraraq sərt pul siyasəti yeritməyə məcburdur. Çünki qiymət artımı sosial narazılığın artmasına imkan yaratmaqla siyasi hakimiyyət üçün təhdid formalaşdırır.
Digər tərəfdən isə Ermənistan idxaldan asılılığı azaltmaq və valyuta ucuzlaşmasının inflyasiya idxalına imkan yaratmaması üçün yerli istehsalı stimullaşdırmaq məcburiyyətindədir. İşğal edilmiş torpaqlardakı resursların əldən çıxması isə yerli istehsalın genişləndirilməsinə olan tələbatı daha da artırmışdır. Lakin, sərt pul siyasətinin yürüdüldüyü, yəni iqtisadiyyatın maliyyələşdirilməsinin azaldıldığı vaxtda yerli istehsalı stimullaşdırmaq çətindir. Geniş stimullaşdırma həyata keçirildiyi təqdirdə isə inflyasiya riskləri artmış olacaqdır. Eyni zamanda stimullaşdırma tədbirləri keçirilsə belə hazırkı böhran dövründə maliyyə vəsaitlərinin istehsala səmərəli şəkildə yönəldilməməsi riskləri də vardır.
Belə vəziyyətin formalaşmasına baxmayaraq Ermənistan Mərkəzi Bankı inflyasiyanı hədəflədiyindən daha çox inflyasiyanın hədəf çərçivəsində saxlamağa çalışır və buna görə də faiz dərəcələrinin yüksəldilməsini həyata keçirir. Aydındır ki, istehsal imkanlarını artırmaq və idxaldan asılılığı azaltmaq hazırkı mərhələdə çətindir və bu uzun zaman alan prosesdir. Ona görə də hökumət stimullaşdırıcı tədbirlərin gözlənilən nəticələri verə bilməməsindən də ehtiyat edir. Lakin, inflyasiyanın hədəflənməsinə yönələn tədbirlər iqtisadi aktivliyi azaltmaqla yanaşı valyutanın ucuzlaşmasının qarşısını ala bilmir, hansı kı özü də inflyasiyanın sürətlənməsinə təsir edir. Belə bir vəziyyətdə hökumətin sərt pul siyasətinə üstünlük verməsi qısamüddətli dövrdə effektiv ola bilər. Çünki zəif iqtisadi aktivlik şəraitində idxala olan tələbat artır və valyutanın ucuzlaşmasının qiymət artımına təsir imkanlarını genişlənir. Bu isə onu deməyə əsas verir ki, sərt pul siyasəti də bir mərhələdən sonra inflyasiyanın qarşısını ala bilməyəcəkdir və həm qiymətlərin artması, həm də valyutanın ucuzlaşması prosesi davam edəcəkdir.
Ümumiyyətlə, Ermənistanın işğal etdiyi əraziləri itirməsi onun iqtisadiyyatında, xüsusilə də məhsul istehsalı və ticarətdə balansın əsaslı şəkildə pozulmasına imkan yaratmışdır. Belə bir vəziyyətdə yeni iqtisadi strategiyanın müəyyən edilməsinə və tətbiqinə ehtiyac vardır. Mövcud siyasi böhran isə belə bir strategiyanın hazırlanmasına imkan vermir. Ona görə də hökumət qısamüddətli dövrdə daha tez təsir edə biləcək vasitələrə əl atmağa məcbur olur. Məhz bu səbəbdən deyə bilərik ki, siyasi böhran gözləniləndən daha uzun zaman alarsa, bu vasitələrin də təsir imkanları aradan qalxacaqdır və dərin maliyyə böhranı formalaşacaqdır.
Bir sözlə, qarşıdan gələn dövrdə Ermənistanı çətin iqtisadi sınaqlar gözləyir. Onu da vurğulamaq yerinə düşər ki, Paşinyanın hakimiyyətə gəlməsində iqtisadi problemlərin rolu böyük idi və iqtisadi problemləri aradan qaldıracağı ilə bağlı verdiyi vədlər onu əvvəlki hakimiyyətlərdən fərqləndirən əsas cəhətlərindən biri idi. Hakimiyyətə gəldikdən sonra da Ermənistanda iqtisadi sahədə baş verən müsbət dəyişikliklər Paşinyanın hakimiyyətinin möhkəmlənməsinə imkan yaratdı. Odur ki, iqtisadi və sosial vəziyyətin gərginləşməsi xalq arasında Paşinyana olan etimadın azalmasına və siyasi böhranın daha da dərinləşməsinə səbəb ola bilər. Qarşıdan gələn aylarda Paşinyan hakimiyyətdə qalarsa onun hakimiyyətdən getməsinə çalışan qüvvələr üçün iqtisadi problemlər əsas təsir vasitələrindən birinə çevriləcəkdir.

Orxan Bağırov,
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində aparıcı məsləhətçi