Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

“UKRAYNA ORDUSU 72 SAATA BU ŞƏHƏRİ ALACAQ” -ABŞ-ın Müharibə Təhqiqat İnstitutu

Yenixeber.org: Bunu ABŞ-ın Müharibə Təhqiqat İnstitutu(ISW) Ukrayna Ordusunun Xarkov istiqamətindəki son əks-hücum əməliyyatları barədə yaydığı məlumatında bildirib. 

İnstitutun mütəxəssisləri bununla Ukrayna Silahlı Qüvvələrinin Xarkov Vilayətindəki İzyum şəhərində yerləşən rus hərbi qruplaşmasının silah-sursat və canlı qüvvə təminatını tam olmasa da, böyük ölçüdə kəsəcəyini bildiriblər.

Qeyd edək ki, Ukrayna Prezident Ofisinin müşaviri Aleksey Arestoviç də dünən axşamkı canlı efirində Kupyansk şəhəri istiqamətində Ukrayna Ordusunun önəmli həmlələr etdiyini və tezliklə İzyumdakı rus hərbi qruplaşmasını çox ağır duruma salacağını bildirib. Çünki belədə İzyumdakı 15-20 min nəfərlik qruplaşma demək olar ki, mühasirəyə düşəcək və ərazidəki böyük su anbarına qısılmış vəziyyətdə olacaq.

Xatırladaq ki, ötən gün rəsmi Kiyev Ukrayna Ordusunun Xarkov istiqamətində uğurlu əks-hücum əməliyyatı keçirdiyini və işğal olunmuş ərazilərin azı 50 kilometr dərinliyinədək irəlilədiyini bəyan edib. Rusiya Müdafiə Nazirliyi isə bir neçə gündür ki, ümumiyyətlə, Xarkov istiqamətindəki vəziyyət barədə heç bir açıqlama vermir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam