Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Ukrayna XTQ-sindən Şuşa əməliyyatının təkrarı -VİDEO

Ukrayna XTQ-sindən Şuşa əməliyyatının təkrarı -  VİDEO
Ukraynada gərgin döyüşlər davam edir.
Yenixeber.org: Yerli media dünən baş tutan ağır hərbi əməliyyatlardan biri ilə bağlı maraqlı məlumat paylaşıb.
Dronla çəkilən görüntülərdə ukraynalı xüsusi təyinatlılarla Rusiya hərbçiləri arasında yaxın məsafədə döyüşlərin getməsi əks olunub. Maraqlıdır ki, bəzi saytlar bunu İkinci Qarabağ müharibəsi zamanı Şuşa qalasına çıxan Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrin(XTQ) cəsur davranışları, şəhərdə yaxın məsafədə döyüşlər aparması ilə müqayisə ediblər. İnternetdə fenomenə çevrilən məlum videonu şərh edən hərbi ekspertlər deyiblər ki, Ukraynada məşhur Şuşa döyüşlərinin oxşarı yaşanıb.

"Onlar qumluq ərazidə düşmənə təslim olmadılar. Nəinki adi atıcı silahlardan, qumbaralardan belə aktiv şəkildə istifadə edildi. Bu nadir görüntülərin bənzərini 6 ay ərzində görməmişdik. Azovstalda oxşar döyüşlər olub. Amma bu görüntülər cəsurluğu aşkar nümayiş etdirdi. Yaxın məsafədə, üz-üzə çıxıb atəş açan, ölümü gözünə alıb təslim olmayan hərbçilərimizə ancaq alqış düşür", - məqalədə yazılıb.

Qeyd edilir ki, əməliyyatın nəticəsi olaraq rus hərbçilər geri çəkilmək məcburiyyətində qalıblar.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam