Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Xersonda bu gün nə baş verir? –Jurnalist danışır

Yenixeber.org: Xersondan təxliyə olunmaq fürsəti tapmış «TSN»-nin müxbiri Yelena Vaninanın şəhərdə mənbəsi var, ona görə də oradakı situasiya və yerlilərin əhvalı barədə danışıb.

Jurnalistin sözlərinə görə, dünən ukraynalı hərbçilər rusiyalı işğalçıların texnikasının toplandığı məntəqəni vurublar, bu gün isə işğalçıların hərbi hisəsini.

Dnepr üzərindəki körpülər keçilməz olub, adlamaq yalnız ponton keçidlərin köməyi ilə mümkündür.

«Çıxış çətinləşib, insanlar üçün Xersondan çıxmaq getdikcə çətinləşir, çünki keçidi 7 saat növbədə gözləmək lazımdır. Sonra isə Vasilevkadakı blokpostda 5-7 gün gözləmək lazım gəlir» - jurnalist xəbər verir.

Onun sözlərinə görə, yerli əhali USQ əks-hücumuna çoxdan hazırdır, onlar hələ apreldə su və ərzaq ehtiyatı toplayıblar. Eyni zamanda insanlar Xersonun artıq azad olunacağı barədə bəyanatları dinləməkdən yorulublar, axı bu, işğal müddətində daim səslənir.

«Əks-hücum və müdafiə xəttinin yarılmasını USQ təsdiqləyir və biz, gözə gətirməkdən qorxuruq. Bizim hərbçilərin uğurlu əməliyyatını çox istəyirik» - Yelena Vanina əlavə edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam