Redaktor seçimi
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Günün xəbəri

Xaçmazda DYP əməkdaşları atmosferi çirkləndirən avtomobil sürücüləri ilə bağlı maarifləndirmə tədbiri keçiriblər

 "Təmiz hava" aylığı çərçivəsində Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

DİN-in  Mətbuat Xidmətinin Quba regional qrupundan Yenixeber.org-a verilən məlumata görə, növbəti belə tədbir Xaçmaz  RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin və Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin əməkdaşlarının iştirakı ilə  rayon ərazisində təşkil olunub. Keçirilən tədbir zamanı avtomobillərdən çıxan qazların tərkibində olan zərərli maddələrin miqdarı xüsusi avadanlıqlarla yoxlanılıb, normadan artıq zəhərli qaz ixrac edən və atmosferi həddindən artıq çirkləndirən avtomobilləri idarə edən sürücülərlə profilaktik söhbətlər aparılıb.

Həmçinin bölmə əməkdaşları tərəfindən yol hərəkəti qaydalarına riayət olunması və avtomobillərin saz vəziyyətdə saxlanılması barədə sürücülərlə izahedici söhbətlər aparılaraq, onlara hüquq və vəzifələri izah edilib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam