Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Masallıda “Təmiz hava aylığı” çərçivəsində reydlərdə 30 sürücü saxlanılıb

Masallıda “Təmiz hava aylığı” çərçivəsində reydlərdə 30 sürücü saxlanılıb

 

Yenixeber.org: “Təmiz hava aylığı” çərçivəsində Masallı rayon Dövlət Yol Polisi İdarəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları rayon ərazisində reyd keçiriblər.

 

APA-nın cənub bürosunun verdiyi məlumata görə, reyd zamanı normativlərə uyğun gəlməyən nəqliyyat vasitələrinin sahibləri müvafiq qaydada cərimələniblər.

 

Reydin keçirilməsində məqsəd atmosfer havasının avtomobillərdən çıxan qazların tərkibindəki zərərli maddələrlə çirklənməsinə nəzarətin gücləndirilməsi və təqsirkar şəxslər barəsində inzibati qaydada tədbirlərin görülməsi olub. Reyd zamanı avtomobillərdən buraxılan dəm qazı xüsusi qurğu ilə yoxlanıldıqdan sonra sahibləri haqqında müvafiq qaydada qərar qəbul edilib.

 

Yoxlamalar zamanı yol polisinin saxla əmrinə tabe olmayanlara da rast gəlinib. Texniki baxışdan keçməmiş sürücülər cərimələnib.

 

Reyd zamanı 30-a yaxın avtomobil saxlanılıb ki, bunlardan 6-nın havaya buraxdığı dəm qazı normadan artıq olub. Xüsusi cihazlarla yoxlanılan nəqliyyat vasitələrinin sahiblərindən bəziləri bu cür yoxlamalara etiraz edərək polisdən cərimə yazmamağı tələb ediblər. Bəziləri isə avtomobildə yaranan bu cür problemləri yanacağın normaya uyğun olmaması ilə əlaqələndiriblər.

 

“Təmiz hava aylığı” çərçivəsində keçirilən reydlər avqust ayının sonuna kimi davam edəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam