Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Dünyada buğda istehlakı onillərdən bəri ən aşağı illik həddinə çatıb -ŞƏRH

Dünyada buğda istehlakı onillərdən bəri ən aşağı illik həddinə çatıb - iyul-dekabr ayları arasında buğda istehlakının 1 il əvvəl ilə müqayisədə 5-8 % aşağı düşəcəyi proqnozlaşdırılır. İngiltərə və Avropa Birliyi ölkələrində fermerler davam edən quraqlıq səbəbindən süd, çörək və ətin qiymətlərinin növbəti aylarda artacağını bildirirlər.

Yenixeber.org: İqlimə görə Hindistanda yaranmış çətinliklər nəticəsində bir çox Yaxın Şərq və Afrika ölkələrinin taxıl idxalında ciddi çətinliklər yaşanır. Nəqliyyat və təchizat kanalları üzrə yaranmış çətinliklər də qida məhsullarının daşınmasını bahalı prosesə çevirib. Məsələn, ötən il Qara Dənizdən $300 -a daşınan 1 ton buğda hal-hazırda $400-410-a daşınır. Dünyanın ikinci ən böyük buğda alıcısı olan İndoneziyada bir il öncə 8,200 rupi olan buğda ununun 1 kq-ı artıq 10,000 rupi ($0.6720) olub. “Financial Times” qəzeti yazır ki, iqtisadçılar insanları daim artan ərzaq qiymətlərinə hazır olmaqla bağlı xəbərdar edir. Çünki bazar qiymətlərinin dəyişən hava şəraiti səbəbindən tarixi yüksək səviyyələrdə qalacağı proqnozlaşdırılır.

Məsələ ilə bağlı Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov bildirib ki, BMT-nin, eləcə də, Beynəlxalq maliyyə qurumlarının proqnozları ondan ibarətdir ki, 2025-ci ilə qədər biz ərzaq təklifinin azalmasını müşahidə edəcəyik. Eyni zamanda bir sıra ölkələrdə ərzağa tələbin artması müşahidə olunacaq.

"Təbii ki, buğda istehlakında azalmalar var. Bu da xüsusən təklifin azalması ilə bağlıdır. Eyni zamanda bir sıra inkişaf etməkdə olan ölkələrdə belə buğdaya tələbin, qiymətlərin artması fonunda azalması müşahidə olunur. Son tendensiya ondan xəbər verir ki, biz növbəti illərdə, xüsusən, 2023-cü ildə qlobal ərzaq bazarında da qiymət artımını müşahidə edəcəyik.

Təbii ki, buğdanın qiymətində də artımlar müşahidə olunur. Praktiki olaraq dünya daha yüksək ərzaq məhsulları qiymətinə hazırlaşır. Bu gün ölkələr üçün ən vacib məqam buğda daxil olmaqla ərzaq məhsuluna olan tələbin yerli istehsal hesabına ödənilməsidir. Azərbaycan üçündə bu prioritetdir. Təbii ki, bu zaman tələb edir. Növbəti illərdə biz buğda istehlakının daha çox yerli istehsal hesabına ödənilməsini müşahidə edəcəyik", - deyə V. Bayramov əlavə edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam