Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Heydərovun “prinsipial mövqeyi” -bahalaşan çörək…

Heydərovun “prinsipial mövqeyi” və bahalaşan çörək…

Dünya bazarında ərzaqlıq buğda sürətlə bahalaşmaqda davam edir. Mövcud qiymətlərlə 2020-ci ilin iyun ayındakı qiymətlər arasında kəskin fərq var. Ötən ilin iyununda xarici bazarlarda buğdanın bir tonu 170 dollar olduğu halda 2021-ci ilin yanvarında 238 dollar, ötən həftə isə 246 dollar olub. Beləcə, son 8 ayda buğdanın qiyməti hər tonda 76 dollar və ya 44,7 faiz artıb.

Yenixeber.org: USDA-nın 2020-ci ilin mart ayına olan hesabatına görə, dünya dövlətləri arasındakı  xarici ticarətdə buğdanın ümumi həcmi 184 milyon ton təşkil edib. Bu da səkkiz il əvvəlki göstərici ilə nisbətdə 20 faiz çoxdur.

Deməli, ərzaqlıq buğda qıtlığı getdikcə qaçılmaz hal halır. Ona görə də buğdanın dünya bazarında qiyməti günbəgün artır. Yəqin ki, buğdanın qiymətindəki artım iyuna qədər davam edəcək. Belə vəziyyətdə isə ölkəmizin ərzaq sektorunu ciddi sınaq gözləyir. Nəzərə alaq ki, azərbaycanlılar dünyada ən çox çörək istehlak edən ölkələrdən biridir. Eyni zamanda ölkəmiz ən çox ərzaqlıq buğda idxal edən ölkələrdən biridir. Rəsmi statistikaya görə, 2019-cu ilin məlumatına əsasən ölkəmiz 1,585 milyon ton, 2020-ci ildə isə 1,365 milyon ton buğda idxal edib. Ötən il buğda idxalı azalsa da, xaricdən alınan buğdanın miqdarı hələ də çoxdur. Həmin miqdar nəzərə alınarsa, Azərbaycan dünyanın ən çox buğda idxal edən 20 ölkəsindən biridir.

Ölkəmiz buğda idxalına görə, 200 ölkə arasında 17-18-ci yerlərdə qərarlaşır. Dünyada buğda istehsalına görə isə Azərbaycan 25-ci yerdə qərarlaşıb. 2019-cu ilin məlumatına əsasən, Azərbaycanın buğdaya olan illik tələbatı 3,54 milyon tondur. İllik tələbatın 2,11 milyon tonu yerli istehsal, qalanı idxal hesabına ödənilib. Buğdanın 2,386 milyon tonu (67,4 faiz) un istehsalında istifadə edilib. Mal-qara və quş yemi üçün 545,6 min ton, toxum üçün 142,2 min ton, ərzaq məhsulu kimi 87,6 min ton, qeyri-ərzaq məhsullarının istehsalı üçün 43,3 min ton buğda istifadə olunub. 2019-cu ildə buğdanın 262,6 min tonu itkiyə gedib.

Nəzərə alaq ki, Azərbaycan ərzaqlıq buğdanı əsasən idxal edir. Əvvəllər ölkəmizə buğda Ukrayna, Qazaxıstan və Rusiyadan idxal edilirdi. Amma son iki ildə ərzaqlıq buğda əsasən Rusiyadan idxal edilib. Və Rusiya hökuməti bu ilin 15 fevralından 30 iyununadək Avrasiya İqtisadi Əməkdaşlıq Təşkilatından kənar ölkələr üçün buğda, arpa, çovdar və qarğıdalı ixracı üzrə 17,5 milyon  tonluq kvota müəyyənləşdirib. Bu kvotadan artıq satışın hər tonuna 50 faiz (amma 100 avrodan əskik olmamaq şərtilə) gömrük rüsumu tətbiq olunacaq. Kvota daxilində arpa, çovdar və qarğıdalı ixracı gömrük rüsumundan azaddır, buğdaya isə 1 ton üçün 25 avro rüsum müəyyənləşdirilib. Moskva Kvotanın tətbiqində məqsəd qeyd olunan məhsullar üzrə daxildəki qiymətləri sabit saxlamaqdır.

Moskvanın bu qərarı dünya bazarında ciddi təşvişə səbəb olub. Nəticədə həm Avropa, həm də ABŞ-da əmtəə birjalarında buğdanın qiymətində 2014-cü ildən bəri ən yüksək həddə qədər bahalaşma baş verib. ABŞ-da bərk və yumşaq buğdanın mart fyuçersləri 1 ton üçün 236-249 dollara, Fransadakı birjalarda isə 280 dollara qədər artıb. Hazırda ABŞ-da qiymətlər 231-247, Fransada isə 275 dollar ətrafında dəyişir.

Rusiyanın buğda ixracına kvota tətbiqinin bazara belə böyük təsirinin əsas səbəbi, əlbəttə, dünyanın ən iri buğda ixracatçısının məhz bu ölkə olmasıdır. Rusiya Statistika Komitəsinin məlumatına görə, 2020-ci ildə ölkədə taxıl istehsalı əvvəlki illə müqayisədə 9,8 faiz artaraq 133,03 milyon ton təşkil edib. Bunun 85,873 milyon tonu buğdadır. Beləliklə, buğda istehsalı 2019-cu ildəkindən 15,3 faiz artıqdır. 2020-ci il ərzində Rusiyadan xaricə 39 milyon tona yaxın buğda ixrac olunub. Bu həcmin 11,3 milyon tonu Türkiyə tərəfindən alınıb.

Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş minimum istehlak səbəti üzrə əsas növ ərzaq məhsullarının illik istehlak normalarına əsasən, orta hesabla əmək qabiliyyətli əhali 150 kiloqram, pensiyaçılar 109 kiloqram, 0-14 yaşlı uşaqlar 98 kiloqram çörək və çörək məhsulları istehlak edirlər.

Bütün əhalinin hər nəfəri üçün çörək və çörək məhsulları istehlakının illik norması 119 kiloqramdır. Bu statistikaya əsasən, bir azərbaycanlı gün ərzində təxminən 330 qram çörək yeyir. Hökumətin müəyyən etdiyi istehlak normasına əsasən Azərbaycanda ildə 1 milyon 190 min ton çörək istehlak edilir. Bunu da buğdaya çevirəndə təxminən 1 milyon 500 min ton ərzaqlıq buğda eləyir.

Deməli, ölkəmizin ərzaq təhlükəsizliyini təmin etmək üçün ən azı ildə 1 milyard 500 min buğda istehsal edilməlidir.

Çox təəssüf ki, ölkəmiz ərzaqlıq buğdanı əsasən idxal edir. Səbəblərdən biri odur ki, guya Azərbaycanda istehsal olunan buğda Ümumdünya Səhiyyə Təşkilatının tələblərinə cavab vermir. Bunu Fövqəladə Hallar Nazirliyinin tabeçiliyində olan Dövlət Taxıl Fondunun sədri Zülfüqar Məmmədov söyləyib. Ona görə də Fondun ehtiyatı üçün ildə 750 min ton ərzaqlıq buğda ölkəmizə idxal edilir. Bu hesaba da hər il yüz milyonlarla dollar Azərbaycandan xaricə axıdılır. Bu hələ məsələnin görünən tərəfidir. Məsələnin qaranlıq tərəfi isə odur ki, Fondun fəaliyyəti qeyri-şəffafdır. Hansı ölkələrdən nə qədər və hansı qiymətə ərzaqlıq buğda alınması barədə cəmiyyətə heç bir məlumat verilmir. Son bir il müddətində isə Dövlət Taxıl Fondunun fəaliyyəti haqqında mətbuatda bir dənə də olsun informasiyaya rast gəlmək mümkün deyil.

Halbuki bu gün istehlak bazarında ÜST standartlarına uyğun alınan buğdadan hazırlanan çörəkdən daha çox aşağı növ undan hazırlanan çörəyə daha böyük ehtiyac var. Şəkərli diabet və digər xəstəlikləri olan insanları ikinci, hətta üçüncü növ undan hazırlanan çörəyi əl-əl gəzirlər. Təbii ki, istehlak bazarında ikinci və üçüncü növ unların qıtlığı səbəbi ilə işbaş çörəkçilər müxtəlif variantlara əl atırlar. Premium una müxtəlif inqiridentlər qataraq çörəyin rəngini dəyişdirirlər.

Hazırda çovdar unundan hazırlanan çörək premium undan hazırlanan çörəkdən ən azı 50 faiz bahadır. Hələ onu demirəm ki, satılan çörəyin çovdardan hazırlanmasının özü də şübhəli məsələdir.

Göründüyü kimi, əhali aşağı sort və sağlamlıq üçün daha məqbul sayılan un və çörək axtarır. Dövlət Taxıl Fondu isə deyir ki, “Yox, biz xalqa ÜST-ün standartlarına cavab verən un təqdim edəceyik. Vəssəlam!”. Və Fövqəladə Hallar Nazirliyində oturanların bu vətən və millətsevərliyi düzü məni əməlli başlı kövrəldir. Az qalır yuxarıda yazdıqlarımı da inkar edəm. Deyəm ki, FHN xalqımızın bir nömrəli xilaskarıdır. Amma deyə bilmirəm. Çünki Dövlət Taxıl Fondunun da, Qida Təhlükəsizliyi üzrə Dövlət Ağentliyinin də korporativ maraqlardan çıxış etdiyini hamı kimi mən də çox gözəl bilirəm.

Hələ Kənd Təsərrüfatı Nazirliyini demirəm. Deməli, Azərbaycanın buğdaya olan ehtiyacı hardasa 1 milyon 800 min tona yaxındır. Amma rəsmi məlumata görə ötən il Azərbaycanda 2 milyon tondan artıq buğda istehsal olunub. 1 milyon yarım ton buğda isə idxal olunub. Beləliklə, Azərbaycanda ötən il 3,5 milyon buğda tədarük edilib. Ölkənin ümumi ehtiyacı isə ancaq bunun yarısıdır. Bəs elə isə 1 milyon 700 min ton buğda hara yox çıxır? Bu barədə növbəti yazımızda. /KONKRET.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam