Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

“Onlar əmin oldular ki, Krımı tərk etməlidirlər” -"1 milyondan çox Rusiya vətəndaşı panika içindədir”

Yenixeber.org: Bunu Krım Tatarları Xalq Məclisinin sədri Refat Çubarov Ukrayna mətbuatına açıqlamasında bildirib.

Çubarov deyib ki, Ukrayna Silahlı Qüvvələrinin Krımdakı Rusiya hərbi qüvvələrinə endirdiyi zərbələr daha çox Rusiyadan buraya köçürülənləri ciddi narahat edir. Ukraynanın tərəfində olan yerli sakinlər isə əksinə, bu zərbələrə sevinirlər: “Krımda sayı bir milyondan artıq olan və oraya sonradan köçürülən Rusiya vətəndaşı var. Bunlar hərbçilərin, cəza strukturlarında çalışanların ailə üzvləri və digərləridir. Artıq onların arasında panika var. Onlar artıq əmin olurlar ki, Krımı tərk etməli olacaqlar. Çünki bura başqalarının torpağıdır”.

Çubarov bildirib ki, ukraynalıların işğalçı orduya münasibətini yaxşı bilən Rusiya rəhbərliyi Krımla Ukraynanın yeni işğal olunan Xerson vilayəti arasında postlar qurub və Ukrayna pasportu daşıyan şəxsləri Krıma buraxmır. Rusiya rəhbərliyində hesab edirlər ki, Krıma keçən ukraynalıların burada diversiya aktları törətməsi ehtimalı yüksəkdir.      


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam